Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocalı haqqında film


Qəşəm Nəcəfzadə yazır


Gəlin, “Xocalı” filminə başlayaq. Bir-birimizi vuraq yıxaq, sən məni vur, mən ölüm. Sonra mən dirilim, səni vurum, sən öl. Qovaq, qaçaq, gizlənək, hönkürək, ağlayaq, titim-titim titrəyək.  Gəlin üşüyək, sonra hamımız yerə uzanıb ölək. Sonra oyanıb xatirələr danışaq.
 
- Hə, birinci sən danış
 
- Hə, axşamüstü idi, birdən atışma başladı. Balaca oğlumu götürüb evdən çıxanda  papağını başına qoymağı unutdum. Sonra oğlum başından meningit oldu. İtimiz zəncirdə qaldı. Açıb buraxmağa imkan tapa bilmədik. Alçamız çiçəkli qaldı. Çıxanda qapını örtmədik, elə açıq qaldı. Qonşunu səsləməyə vaxt olmadı, bilmədik onlar evdən çıxdılar, yoxsa yox. Samovarımız qaynar, çaynikimizi dəmli, televizorumuz yanılı qaldı, xəbərlər  gedirdi, Ayaz Mütəllibov  danışırdı, deyəsən bizdən,  müdafiəmizin yaxşı təmin etməyindən danışırdı.
 
Daha kimi xatirəsi var?
 
- Mənim.
 
- Danış, ucadan danış.
 
- 25 fevral günü vəziyyət daha ağır idi. Yuxarı – rəhbərliyə zəng elədik. Dedilər, arxayın olun, İran hökuməti bu işdə bizə dəstək olacaq və sizin üçün heç bir həyati təhlükə olmayacaq. İranın xarici işlər naziri Doktor Vilayəti bu məsələ ilə ciddi məşğuldur.
 
- Mənim də xatirəm var.
 
- Xocalıdansınız?
 
- Hə.
 
- Buyurun, mikrofonu bir az yaxın tutun.
 
- Mən evdən uşaqlarım və həyat yoldaşımla çıxdım. Başımızın üstə amansız mərmilər guruldayırdı. Ağdam istiqamətinə yol aldıq. Həyat yoldaşım bizi bir çökəklikdə qoyub, bir az aralıda fəryad qoparan insanların köməyinə getdi. Sonra geri qayıtmadı. Lap yaxınlıqda erməni cəlladlarının səsi gəlirdi. Biz yerə sindik. Torpaqda sürünməyə başladıq. 2 yaşlı qızım elə bil vəziyyəti başa düşürdü. O da balaca əllərini torpağın üstə qoyub için-için ağlayırdı. Əllərinə, dizlərinə tikanlar batırdı. Qızım tikanların  həmin andaca çıxarılmasını istəyirdi. Mən onu köksümün altında sıxdıqca o, daha da torpağa sıxılırdı. Birdən arxaya baxanda böyük uşaqlarımı görmədim, onları ya vurmuşdular, ya da məni itirmişlər. Balaca qızımla bir çalaya yıxılıb qaldım. Şaxta adamı qılınc kimi kəsirdi. Qızımın alnından axan qan donan əllərimi qızdırırdı. Onu daha da bağrıma sıxdım. Əynimdə nə vardısa, hamısını körpə balama sarıdım. Sonralar həmin vəziyyətimi düşünüb, orta məktəbdə yazıçı Ənvər Məmmədxanlının “Buz heykəl” hekayəsini xatırlayırdım. “Buz heykəl”in qucağında körpə sağ qalmışdı, ancaq mənim qucağımdakı körpə çoxdan ölmüşdü. Həmin gecənin səhəri əsgərlərimiz gəlib məni tapdılar.  Ayaqlarımı, əllərimi don vurmuşdu. Ağdam məscidində körpəmi yuyanlardan xahiş elədim ki, icazə verin, onun əllərinə, dizlərinə batan tikanları çıxardım, sonra dəfn edin...
 
- Gəlin, xatirəni dayandıraq, bəsdir, daha danışmayın. Gəlin indi də Xocalıdakı körpələr kimi biz də donaq.
 
- Hə, gəlin donaq.
 
- Gəlin ayaqqabılarımızı, corablarımızı çıxardaq. Ayaqlarımızı buzlu suya qoyaq, hə, necədi, Xocalını indi hiss eləyirsən?
 
- Hə, nə gözəl, mən donuram.
 
- İndi də əllərimizi buzla suya salaq.
 
- Uyyyy, can bala, sən buzlu suyun içindəsən.
 
- Gəlin, əlimizi bıçaqla kəsək.
 
- Uyyy, can bala, sən bu qanın içindəsən.
 
- İndi gəlin başımıza buzlu su tökək.
 
- Oyyy, can bala, yuxun nə şirindir...
 
Gəlin, Xocalı haqqında şeir deməyi dayandıraq, elə bir saatlığa üşüyək, buzlu sularda bir saatlıq donaq. Donub dirilək, amma ölməyək. Axı gələn ildə göstərəcəyik bu filmi... (lent.az)
 
 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar