Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xırdalandakı hadisə ilə bağlı “Azəriqaz”dan açıqlama


“Xırdalandakı mənzilin xüsusi soba və qənaətli su qızdırıcısının qaz təchizatı 2016-cı ildə xüsusi plombla dayandırılıb”


Martın 15-də beş nəfər qadının meyiti aşkarlanan Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında 2016-cı il aprelin 13-də “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən mənzildaxili qaz avadanlıqlarına texniki baxış xidməti işləri həyata keçirilib.

Bu barədə Ölkə.Az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Qeyd olunub ki, texniki baxış zamanı mənzildə İran istehsalı olan xüsusi sobanın quraşdırılması, vanna otağında qənaətli su qızdırıcısının tüstü borusunun qeyri-metal olması və hamam otağındakı qapının aşağı hissəsində hava dəliklərinin olmaması, həmçinin yataq otağında yivli birləşməli qaz xəttinin keçməsi aşkar olunub: “Yuxarıda qeyd edilən aşkar olunmuş həmin nöqsanlarla əlaqədar İran istehsalı olan xüsusi sobanın və qənaətli su qızdırıcısının qaz təchizatı xüsusi plombla dayandırılıb. Bununla bağlı elə həmin tarixdə, yəni 2016-cı il aprelin 13-də kirayəçi Niyaməddin Məmmədovun iştirakı ilə 0512181 saylı daxili qaz avadanlıqlarına baxış keçirilməsi haqqında akt tərtib edilib. Aktın doğruluğu təsdiq olduqdan sonra bir nüsxəsi kirayəçi Niyaməddin Məmmədova verilərək təbii qaz təchizatının yalnız aşkar edilmiş nöqsanlar aradan qaldırıldıqda bərpa ediləcəyi bildirilib”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı “Qazdan istifadə qaydaları”nın təsdiqedilməsi haqqında qərarına uyğun olaraq, ötən ilin iyun ayına qədər mənzillərə texniki baxış “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilib.

Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı “Qazdan istifadə qaydaları”nda dəyişikliklər edilməsi barədə 29 aprel 2016-cı il tarixli 180 saylı qərarına əsasən mənzildaxili qaz kəmərlərinə və avadanlıqlarına texniki baxış keçirilməsi “Azəriqaz” İB-nin səlahiyyətlərinə daxil edilməyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar