“Azəryolservis” ASC Xırdalan dairəsindəki tunelin bir hissəsinin qısa müddətlik təmir işlərinə görə bağlanağını bildirib
PİA.AZ qurumun saytına istinadən xəbər verir ki, Xırdalan dairəsindəki avtomobil tunelinin yalnız Sumqayıt şəhəri istiqamətində olan hissəsi təmir işləri ilə əlaqədar şənbədən bazar gününə keçən gecə nəqliyyatın hərəkəti üçün qısa müddətlik bağlanacaq. Burda hərəkətin intensivliyi nəzərə alınaraq təmir işləri ancaq bazar günü həyata keçiriləcək və tunelin bu hissəsi bazar ertəsi günü səhərin erkən saatlarında nəqliyyat vasitələri üçün tam açılacaq.
Qeyd edək ki, tunelin digər hərəkət hissəsində təmir işləri isə növbəti istirahət günü həyata keçiriləcək.
pia.az