Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xidmət rəisi Şamaxıda vətəndaşları qəbul edib


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şamaxıda vətəndaşları qəbul edib


Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən 2017-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general- leytenant Arzu Rəhimov avqustun 16-da Şamaxıda 4 rayondan - Şamaxı, Qobustan, Ağsuİsmayıllıdan olan vətəndaşları qəbul edib.

General-leytenant Arzu Rəhimov və rayon icra hakimiyyətinin başçısı Asif Ağayev qəbuldan öncə Şamaxının mərkəzi parkında yerləşən Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad etmişlər.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 25 vətəndaşın müraciətinə baxılmışdır. Müraciətlər əsasən mülki işə və hərbi xidmətə qəbul, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar yaşadıqları əraziyə yaxın hərbi hissələrdə xidmət keçmələrinə kömək göstərilməsi və digər məsələlərlə bağlı olmuşdur. Müraciətlərin bir çoxu yerindəcə həllini tapmışdır. 

Araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülmüşdür. Bir sıra müraciətlərlə əlaqədar qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara hərtərəfli izah edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması və baxılması üçün qeydiyyatı aparılmışdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar