Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzərin “Qarabağ problemi” - İran bir addım geri dursa...


SSRİ-nin miras qoyduğu problem öz həllinə doğru; Sahilyanı ölkələrinin birgə əməkdaşlığı dənizin yekun statusunu tezləşdirməyi qaçılmaz edib; prezidentlərin 1 noyabr Tehran zirvə görüşü bəzi “i”lərin üzərinə nöqtə qoya bilər; ekspertlər deyir ki...


Noyabrın 1-də Tehranda Rusiya, Azərbaycanİran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Prezidentlərin budəfəki zirvə görüşündə üç qonşu ölkə arasında regional əməkdaşlığa dair məsələlərin geniş müzakirəsi gözlənilir. Söhbət ilk növbədə üç qonşu ölkənin iqtisadi maraqlarına xidmət edən və onların bölgədə tranzit rolunu artıracaq “Şimal-Cənub” nəqliyyat dəhlizi (dəmiryolu) layihəsini reallaşdırmaq yönündə işləri intensivləşdirməkdən gedir.

Yekun konvensiyanın indiyədək qəbul edilməməsi isə Xəzər dənizin karbohidrogen ehtiyatlarının bütün sahilyanı ölkələrin xalqlarının maraqları naminə effektli istismarı və nəqlində, habelə yeni yataqların işlənməsi və kəşfiyyatı məsəllərində əngəllər yaratmaqdadır. Bu yerdə illəridir Azərbaycanla Türkmənistan və  Azərbaycanla İran arasında çözülməmiş qalan mübahisəli yataqlar məsələsini yada salmaq yetər.

*****

İş də ondadır ki, az qala, Dağlıq Qarabağ ixtilafı ilə “həmyaşıd” olan bu ziddiyyətli məsələ vaxtaşırı iki böyük regional dövlətə - İrana və xüsusən də Rusiyaya digər sahilyanı ölkələrə, o sırada Azərbaycana psixoloji təsir göstərmək üçün əlavə əsas verir. Məsələn, dənizin dibi ilə yeni neft-qaz kəmərlərinin çəkilişi ilə bağlı vaxtaşırı təhdid-mesajlar səslənir. Ötən həftə Rusiya XİN başçısı Serge Lavrovun bu xüsusda Xəzər dənizinin ekologiyasını bəhanə eləməklə etdiyi incə xəbərdarlığı da təsadüfi sayıla bilməz.

Nəzərə alsaq ki, Azərbaycanı Avropanın enerji bazarlarını getdikcə yeni-yeni transmilli-layihələr birləşdirməlidir (Cənub Qaz Dəhlizi və s.) və həmin layihələrdə dəniz qonşumuz Türkmənistanın iştirakı da mühüm sayılır, o zaman problemin aktuallığı daha qabarıq görünər.

 Xəzərdəki “Qarabağ problemi”nə əsas əngəl ölkə isə İran olaraq qalır. Çünki dənizin 5 bərabər hissəyə bölməklə bağlı özünün əsassız tələbindən hələ də geri çəkilməyib. Oxşar mövqe Türkmənistana məxsusdur. Ancaq əksər analitiklərə görə, Tehran mövqeyindən geri duran kimi, Aşqabad da eyni addımı atacaq, çünki faktiki, tək qalacaq və digər 4 sahilyanı dövlətə qarşı getməyə risk eləməyəcək.

*****

Bəzi məlumatlara görə, İranın mövqeyində nəhayət ki, yumşalma baş verə bilər. Belədirsə, buna ancaq sevinmək qalır. Böyük ehtimalla, bu məsələyə Azərbaycan, Rusiyaİran prezidentlərinin noyabrın 1-də Tehranda keçirilməsi nəzərdə tutulan üçlü formatda görüşündə də toxunulacaq; obrazlı desək, bəzi “i” lərin üzərinə nöqtə qoyulacaq. Yekun nöqtələri qoymaq üçün isə İranın bircə addım geri durması kifayətdir.

Bu ehtimalı gücləndirən amillərdən biri də odur ki, statusla bağlı davam edən qeyri-müəyyənlik sahilyanı ölkələr arasında qarşılıqlı etimada kömək eləmir, əksinə, birgə əməkdaşlığın inkişafını əngəlləyir, arealını daraldır. Tehranın bu məsələdə daha konstruktiv mövqe tutmasını isə indi həm də onun ABŞ-la təzədən kəskinləşən münasibətləri diktə edir. Axı, “Yaxın qonşu uzaq qohumdan yaxşıdır” deyirlər.

Qısası, Xəzərin yekun statusu ilə bağlı İranın obyektiv mövqeyə gəlməsi ən əvvəl elə onun özünün nəfinədir. Çünki bölgədəki geosiyasi şərtlər artdı başqadır və bu şərtlər Tehranı regiondakı tərəfdaşlarının sayını artırmaq zorunda qoyur. Xəzər hövzəsi isə təkcə iqtisadi əməkdaşlıq üçün yox, həm də hərbi aspektdə (donanma, güc faktoru) 5 ölkə üçün önəm daşıyır. 

*****

Maraqlıdır ki, bu arada Rusiya XİN-in xüsusi məsələlər üzrə müşaviri İqor Bratçikov dənizin yekun statusu ilə bağlı razılaşmanın uzağı, 2018-ci ildə əldə olunması üçün böyük şanslar olduğunu söyləyib. O, Xəzərin statusuna dair konvensiyanın əksər bəndlərinin razılaşdırıldığını və 5 ölkənin hər birinin maraqları konvensiyada nəzərə alındığını bildirib.

Siyasi müşahidəçilərin isə bununla bağlı gözləntiləri fərqlidir - yəni həm nikbin, həm də skeptik təxminlər  var. Məsələn, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Tehran zirvə görüşü bölgənin taleyi üçün böyük rol oyanacaq və digər məsələlərlə yanaşı, Xəzərin statusunun müəyyən edilməsi istiqamətində sonuncu addımlar atılacaq.

Politoloq İlqar Vəlizadə isə Axar.az-a bildirib ki, son illərdə yekun statusla ilgili müəyyən aktivləşmə müşahidə olunsa da, hələlik problemin həlli real görünmür. “Xəzərin statusunun müəyyənləşdirilməsi prosesi çox uzanıb. Bunun da müəyyən səbəbləri var. Düşünmürəm ki, 2018-ci ildə bu proses başa çatacaq. Demək olar ki, son 1-2 il ərzində proses bir qədər aktivləşib. Tərəflər çalışır ki, bu məsələdə razılığa gəlsinlər. Bratçikovun sözləri buna dəlalət edir ki, doğrudan da hansısa irəliləyiş var. Amma proses o qədər qapalı keçir ki, konkret hansı məsələlərdə irəliləyiş olduğunu söyləyə bilmərik”, - deyə o qeyd edib.

Lakin politoloq güman edir ki, Xəzərin statusunun yaxın gələcəkdə həllində müsbət irəliləyişlər var: “Ötən il də deyirdilər ki, Xəzərin statusunun müəyyənləşdirilməsi üçün toplantı keçirilsin və bununla bağlı qərar qəbul edilsin. Bu il bununla bağlı heç bir qərar qəbul olunmayıb və sammit keçirilməyib. Hazırda belə təsəvvür yaranmır ki, Xəzərlə bağlı konkret nəticə var. Bu ancaq bir şəkildə ola bilər ki, ən azı Tehran öz mövqeyində kifayət qədər dəyişiklik etsin. Əgər İran digər ölkələr kimi Xəzər dənizi bölgüsü prinsipində razılaşsa (orta xətt prinsipi ilə bölgü nəzərdə tutulur - A.X.), onda məsələ həll olunacaq. Rusiya XİN rəsmisinin bu barədə məlumat yayması o deməkdir ki, İranın mövqeyində dəyişiklik var”.

*****

Əlavə edək ki, rəsmi Tehran bu dəyişikliyə getmək zorundadır. Həm də o səbəbə ki, qonşu ölkələrlə iki və çoxtərəfli tərəfdaşlıq əlaqələrinin inkişafı “şpalları” dəmiryolunun üstünə deyil, altına düzməyi tələb edir.(musavat.com)

pia.az     


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar