Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzərin səviyyəsi 28 metr enib


"Xəzər dənizinin səviyyəsi düşməkdədir. Son məlumatlara görə, suyun səviyyəsi 28 metr enib. Bu, təxminən ötən əsrin 70-ci illərində olan səviyyədir"


Bunu APA TV-yə AMEA-nın Coğrafiya İnsitutunun direktoru Ramiz Məmmədov deyib. O, bunun səbəbinin iqlim amili ilə bağlı olduğunu bildirib: "Xəzər dənizinin gəlir hissəsinin əsasını Volqa çayı təşkil edir. Son bir neçə ildə Volqa çayının suyu azalmağa başlayıb. Bu il isə həddindən çox azalıb və ildə 200 kub.km-ə düşüb. Adətən bolsulu illərdə bu çayın suyu 300 kub.km olur. Məsələn, Xəzər dənizinə 5 kub. km su töksək, dənizin səviyyəsi 1 sm qalxar. Təsəvvür edin ki, 100 kub.km su gəlmədi. Bu, artıq 20 sm deməkdir. Bundan əlavə, düşən yağıntının da miqdarı azalıb".

Ramiz Məmmədov deyib ki, Xəzər dənizinin səviyyəsinin həm qalxması, həm də enməsinin mənfi tərəfləri var: "Qalxanda ətraf əraziləri su basır, enəndə isə ilk növbədə limanlar əziyyət çəkir. Çünki gəmilər limanlara yan ala, gəmilər onlar üçün düzəldilmiş hidrotexniki qurğulara yaxınlaşa bilmir. Ən əsası isə bioloji məhsuldarlığın həcmi azalır, balıqların dövran etməsində yer daralır".

Onun fikrincə, Xəzərin səviyyəsinin enməsi heç də həyəcan təbili çalınmasına əsas vermir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar