Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzərdə kilkə balıqlarının ehtiyatı kəskin azalıb


Son 10-15 il ərzində Xəzər dənizində kilkə balıqlarının ehtiyatı 10 dəfə azalıb


Bunu Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

Onun sözlərinə görə, son illər ərzində Xəzər dənizində balıqların növ tərkibi dəyişməsə də, balıqların ehtiyatı ildən-ilə getdikcə azalır. Ehtiyatların azalması daha çox vətəgə əhəmiyyətli balıqlara aiddir:

Xəzər dənizinin əsas balıq ehtiyatının çoxunu kilkələrin təşkil etdiyini deyən M.Axundov əlavə edib ki, kilkələrin qidalandığı zooplanktonların, yəni dənizdəki xırda canlıların kütləsi 10 dəfə azaldığından dənizdə bu balıqların da ehtiyatı çox azalıb.

Zooplanktonların ehtiyatının azalma səbəblərini açıqlayan M.Axundov qeyd edib ki, 1990-cı illərin sonlarında ballast suları vasitəsilə Xəzər dənizinə gətirilmiş mnemiopsis leidyi (kilkələrin yemini yeyən yad orqanizm) dənizin akvatoriyasında sürətlə yayılaraq, Xəzərin biomüxtəlifliyinə birbaşa və ciddi ziyan vurub. O, kilkələrin yem bazası olan zooplanktonu böyük miqdarda tükədib.

Kilkələrin sayının azalmasını bu prosesin nəticəsi sayan M.Axundov qeyd edib ki, bu balıqların sayının azalması Xəzərin yalnız Azərbaycan sektorunda deyil, bütün Xəzər dənizində müşahidə edilir.

M.Axundov qeyd edib ki, yaranan problemin aradan qaldırılması üçün kilkələrin sənaye ovuna qadağanın qoyulması məsələni həll etmir:

“Sadəcə olaraq, kilkə ovuna ehtiyatlı yanaşma lazımdır. Kilkələri müəyyən həcmdə ovlamaq olar. İmkan vermək lazımdır ki, kilkə çoxalsın. Kilkə çoxalarsa, bütün balıqlar üçün də yem ehtiyatı artar”.

M.Axundov qeyd edib ki, son 15 il ərzində kilkə kütləsi azaldığından kilkə ilə qidalanan bütün başqa balıqların da kütləsi azalıb. Bunlar siyənəklər, nərə cinsli balıqlar, qızıl balıq və sairdir.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar