Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzər TV 15 yaşlı qıza elçilik təşkil etdi – MTRŞ nə düşünür?..

Dünən “Xəzər” telekanalında yayımlanan “5-də 5” verilişinin aparıcısı Zaur Kamalın atdığı addım cəmiyyətdə birmənalı qarşılanmayıb


Belə ki, aparıcı Z.Kamal oğlan evinin istəyilə rayonlardan birində yaşayan 15 yaşlı qıza elçi düşüb.

 Elçilik prosesini həyata keçirən aparıcı bir neçə tanınmış şəxsi də özü ilə aparıb. Təbii ki, tənqid olunan məsələ elçilik deyil. Tənqid hədəfinə tuş gələn məsələ 15 yaşlı qızın nikaha cəlb edilməsinin təbliğidir.

Hazırda orta məktəblərdən tutmuş Milli Məclisə qədər erkən nikahların qarşısının alınması istiqamətində işlər həyata keçirildiyi halda, telekanalda belə bir hadisənin yayımlanması nə dərəcədə etikdir?

Buna Milli Teleradio Şurası (MTRŞ) necə baxır?
Verilişin aparıcısı ilə bağlı hər hansı tədbir görüləcəkmi?

MTRŞ-nın sədr müavini Qafar Cəbiyevin Modern.az əməkdaşının sualına reaksiyası belə olub.

“Dediyiniz məsələ ilə bağlı hər hansı bir addım atılanda siz də biləcəksiz. İndi əlavə nəsə deyə bilmərəm”.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar