Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzər Aslanovun xaraba qoyduğu Xızı və keçmiş deputataın hiddədti...


Apteki və “zapravka”sı olmayan rayonla bağlı ilginc faktlar; icra başçısı özünə 3 villa tikdirib, amma rayon xaraba vəziyyətdədir; Xəzər Aslanov bazarları dağıdır; rayonda benzini beş litrlik su qablarında, yaxud da iki litrlik pivə qablarında evlərdə satırlar...


Maksim Musayev: “Xəzər Aslanov hər şeyi özü üçün edir, yalnız özünü fikirləşir. İcra başçısı olandan 3 villa tikdirib, birini Xızının mərkəzində, birini Şurabatda, birini də Altıağacda. Onun başı belə işlərə qarışıb. Bir də söküb dağıtmaqla məşğuldur. İşlədiyi beş ildə bir idman obyekti tikməyib. Axtarsan belə rayon respublikada tapmazsan. Bu, prezident İlham Əliyevin siyasətinə olduqca zidd metoddur”. 

Xızı rayonunun keçmiş icra başçısı, sabiq deputat, YAP-ın qurucularından olan Maksim Musayev Xızıdakı acınacaqlı vəziyyətlə bağlı geniş açıqlama verib. O, musavat.com-a müsahibəsində Bakıya ən yaxın rayonun belə acınacaqlı durumda olmasının səbələrini sadalayıb və hazırda rayona rəhbərlik edən şəxslərə qarşı ağır ittihamlar irəli sürüb:

“20 ildir ki, əhali maşınlarda satılan suyu pulla alır. Digər rayonlarla müqayisədə Xızı çox-çox geridə qalıb. Halbuki Bakı ilə 90 kilometr arası var. Məndən sonra rayonda 8 icra başçısı dəyişib. Düzdür, hərəsi özünə uyğun işlər görüblər. Aptekin olmaması ilə bağlı sakinlər mənə də müraciət ediblər. Orada xəstəxana tikiblər və mən bilən yaxşı fəaliyyət göstərir, camaat bundan razıdır. Xəstəxananın içində aptek ola bilər. Xızıya şəhər statusu veriblər, büdcəsi xeyli çoxalıb. Amma küçələrin əksəriyyəti gecələr işıqsızdır. 90-ci illərdə biz oranın hamısını çıl-çıraq etmişdik. Hazırda Xızı şəhərində mal-qara küçələrdə “kef çəkir”.

Rayonun keçmiş başçısı Xızıda yanacaqdoldurma məntəqəsinin olmamasından da danışıb: “Heç vaxt Xızının mərkəzində və Altıağacda yanacaqdoldurma məntəqəsi olmayıb. Rayonun girişində birini tikiblər. Onun da işləməsinə imkan vermirlər. Bu barədə müxtəlif söhbətlər eşitmişəm. Benzini beş litrlik su qablarında, yaxud da iki litrlik pivə qablarında evlərdə satırlar. Əhali artıq buna öyrəşib. Sovet dövründə müharibədən sonra benzini necə satırdılarsa, indi Xızı o dövrün taleyini bu sahədə yaşayır. İndi Altıağaca gedin görəcəksiniz, 700-ə yaxın yaşayış binası var, onun 500-ə yaxını villadır. O villalarda da demək olar ki, adam yaşamır. Hətta rayonda təkər yamayan yer də yoxdur. Orada tikinti aparanda qapı-pəncərə düzəltdirmək üçün yer tapmadım. Bakıda düzəltdirib apardım. Xızının mərkəzində tikinti malları mağazası belə yoxdur. Bu sahələrə ümumiyyətlə, fikir verilmir. Vaxtı ilə rayon mərkəzində 35 satış yeri olan bazar tikmişdik, onu da sökdülər. Azərbaycanda bazarsız bir rayon varsa, o da Xızıdır. İstəsən bazar tikəsən, icra başçısı onu da dağıdacaq”.

Maksim Musayev rayonun hazırki başçısı Xəzər Aslanovun özünə 3 villa tikdirdiyini vurğulayıb: “Xəzər Aslanov hər şeyi özü üçün edir, yalnız özünü fikirləşir. İcra başçısı olandan 3 villa tikdirib; birini Xızının mərkəzində, birini Şurabatda, birini də Altıağacda. Onun başı belə işlərə qarışıb. Bir də söküb dağıtmaqla məşğuldur. İşlədiyi beş ildə bir idman obyekti tikməyib. Axtarsan belə rayon respublikada tapmazsan. Bu, prezident İlham Əliyevin siyasətinə olduqca zidd metoddur. Bu insan harada tikinti gedirsə, dərhal onu sökdürür. Kafe var ki, orada toyuq hini tikmək istəyiblər. Görən kimi deyib ki, məndən icazəsiz bunu niyə tikdirmisən? Müavinlərini göndərib həmin toyuq hinini dağıtdırıb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar