Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xətai rayonunda “Multikulturalizm uşaqlarin gözü ilə” adli tədbir keçirilib


Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov: “Milli-mənəvi dəyərlərimizin və tolerant ölkə olmağımız istiqamətində Ulu Öndər tərəfindən həyata keçirilən daxili və xarici siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir”


25 may 2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Yaradıcılıq Mərkəzi, YAP Xətai rayon Təşkilatı  və Mədənuyyət və Turizm NazirliyininŞuşa rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Multikulturalizm uşaqların gözü ilə” adlı tədbir keçirilib. 

Tədbirin keçirilməsində məqsəd insanlar arasında sevgi, dostluq və həmrəyliyin möhkəmlənməsinə təkan vermək, müxtəlif xalqların adət-ənənələrinə hörmət və onlar arasında mədəni körpünün yaradılmasıdır.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirib ki, ölkə başçısının müvafiq sərəncamına əsasən 2016-cı il “Multikulturalizm ili” elan olunub:

“Bildiyimiz kimi ölkə başçısının müvafiq sərəncamına əsasən 2016-cı il “Multikulturalizm ili” elan olunub. Bu istiqamətdə X`tai rayonunda mütəmadi olaraq tədbirlər keçirilir ki, bu günki tədbirimiz də məhz Multikulturalizm mövzusuna həsr olunub. Qeyd olunmalıdır ki, multikulturalizm Azərbaycan üçün vacib siyasətdir, çünki Azərbaycan çoxmillətli, çoxdinli bir ölkədir. Burada çoxlu millətlərin və xalqların nümayəndələri yaşayır. Ölkəmizdə heç zaman dini və etnik zəmində heç bir qarşıdurma olmayıb. Son illər Respublikamızda, xüsusən də Bakı şəhərində mədəniyyət və din sahəsində keçirilən bir çox beynəlxalq tədbirlər artıq ənənəyə çevrilib. 

Eyni zamanda multikulturalizm dəyərlərinin təbliği ölkəmizdə demokratik prinsiplərin inkişafına xüsusi önəm verilməsinin bariz nümunəsidir, Azərbaycanın uğurlu inkişafında əhəmiyyətli rol oynayır. Hər birimizə məlum olduğu kimi, ölkəmizin müasir tarixinin böyük bir hissəsi ümummilli lider Heydər Əliyevin adı, əvəzsiz xidmətləri ilə bağlıdır. 

Milli-mənəvi dəyərlərimizin və tolerant ölkə olmağımız istiqamətində Ulu Öndər tərəfindən həyata keçirilən daxili və xarici siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
 
Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Heydər Əliyev Fondunun, onun Prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri böyükdür. Bu bir faktdır ki, Fond Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması və təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir. 

Hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Xətai rayonunda da milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq məfkurəsinə mühüm diqqət yetirilir. Ölkəmizdə, eləcə də rayonumuzda dini etiqada hörmət hökm sürür və dinlərarası heç bir ziddiyyət yoxdur. Məhz buna görə də Azərbaycan hazırda regionun ən təhlükəsiz, tolerant və multikulturalizmin hökm sürdüyü ölkəyə çevrilib”. 

Tədbirdə Respublika Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri 20 ölkənin mədəniyyətini, incəsənətini, tarixini əks etdirən əl işləri və müxtəlif millətlərin geyimlərini və rəqslərini  nümayiş etdiriblər.

Tədbir dərnək üzvlərinin hazırladığı konsert proqramı ilə başa çatıb.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar