Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəstəxana “Azpetrol”u almış iri oliqarxın ölümünü təsdiq etmir

Erdoğan Demirörənin müalicə olunduğu xəstəxana onun öldüyü barədə Türkiyə KİV-lərinin az əvvəl yaydıqları məlumatı təsdiq etmir


 İstanbul Florence Nightingale xəstəxanası xərçəngdən müalicə olunan iş adamının hazırda reanimasiya bölməsində “kritik vəziyyətdə” olduğunu açıqlayıb.

 “Sayğıdəyər iş adamı Erdoğan Demirörən bir müddətdir xəstəxanamızın reanimasiya şöbəsində yatmaqdadır. Durumu kritik olaraq qalır”-xəstəxananın tibb direktoru Özgür Samilgil bəyan edib.

*   *   *

Türkiyədə “Demirören Holding”in qurucusu və direktorlar şurasının rəhbəri Erdoğan Dəmirörən vəfat edib.

Virtualaz.org Türkiyə mediasına istinadən xəbər verir ki, hakimiyyətə yaxın iri iş adamı Dəmirörən uzun müddətdir ağır xəstəlikdən müalicə alırdı. Onun adı Türkiyənin gündəminə sonuncu müstəqil media şirkəti olan “Doğan Medya” qrupunun səhmlərini almaqla gündəmə gəlmişdi.

Erdoğan Dəmirörən 1938-ci ildə anadan olub, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörənin atasıdır. Onun başçılıq etdiyi holdinqdə sıxılmış qaz (LPG) biznesi ilə məşğul olan çoxsaylı şirkətlər, habelə Türkiyənin “Milliyet”, “Vatan” kimi iri qəzetləri, o cümlədən “Doğan Medya” qrupunun səhmlərinin alınması nəticəsində bu qrupun çoxsaylı KİV-ləri-“Hürriyet”, “Posta”, CNN Türk, Kanal D və digərləri birləşib. Habelə “Demirören Holding” otelçilik, inşaat və biznesin bir çox digər sahələrində də fəaliyyət göstərir.

Türkiyə mediası Erdoğan Demirörənin Azərbaycanda da yatırımları olduğunu, onun “Azpetrol” şirkətini və Azərbaycanın ən iri metallurgiya zavodlarından olan “Azərelektroterm”i aldığını yazır.(Görünür söhbət “Azpetrol”un səhmlərinin vaxtilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşına məxsus olmuş hissəsindən gedir-red.)

Erdoğan Demirörən çoxsaylı qəzet və televiziyaların sahibi olduğu üçün ona Türkiyənin “Rupert Merdoku” (amerikalı mediamaqnat) da deyirdilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar