Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində qanvermə aksiyası keçirilib
Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.
Xəbərdə deyilir ki, “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların işçiləri qan veriblər.
Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları qan vermək istəyənlərin sağlıq durumunu yoxlayıblar. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib.
Aksiyada gənclər fəallıqları ilə seçiliblər. Toplanan qan talassemiyalı və hemofiliyalı xəstələrin müalicəsində istifadə ediləcək.
Aksiya Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutub.