Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xərçəngdən əziyyət çəkən məşhurların durumu sabitdir


Vaqif Səmədoğlunun kitabı nəşr olunacaq; Rafiq Hüseynov isə Türkiyədən yeni qayıdıb


Azərbaycanının iki tanınmış sənətçisi - xalq şairi Vaqif Səmədoğlu və xalq artisti, Azərbaycan Televiziyasının məşhur diktoru Rafiq Hüseynov artıq aylardır xərçəng xəstəliyindən əziyyət çəkir. Vaqif Səmədoğlu ölkə başçısının maddi dəstəyi ilə İsraildə müalicə olunur. Şairin sağlıq durumunun nə yerdə olduğunu öyrənmək məqsədi ilə xanımı Nüşabə Vəkilova ilə əlaqə saxladıq.

 O, V.Səmədoğlunun səhhətinin orta səviyyədə, şairin hazırda aktiv fəaliyyətdə olduğunu dedi: “Vaqif Səmədoğlunun səhhəti ortadır. Müalicəyə ara vermişik, indi Bakıdayıq. Hər müalicə vaxtı İsrailə gedirik. Özü sərbəst hərəkət edə bilir: oxuyur, facebookdan istifadə edir, bəzi yazılarını redaktə də edir. Hazırda kitabı hazırlanır. Bu yaxınlarda Vaqif bəyin yubileyi münasibəti ilə yeni kitabı nəşr olunacaq. Bu dəqiqə həmin kitab üzərində çalışıram. Kitab Vaqif Səmədoğlunun şeir və pyeslərindən ibarət olacaq ”.

Ağciyər xərçəngindən əziyyət çəkən diktor Rafiq Hüseynov isə müalicəyə getdiyi Türkiyədən yeni qayıtdığını dedi: “Əməliyyatdan sonra 4-5 seans kimya-terapiya olunmalıyam. Hər kimya-terapiya üçün Türkiyəyə gedirəm. Üç gündür ki, Türkiyədə idim, elə dünən qayıtmışam. Hələ 3-4 gün kimya-terapiyanın ağrıları davam edəcək. Çox sağ olsun bütün dostlar, tanışlar, hər birindən razıyam. Belə böyük diqqət göstərmələri məni çox təəccübləndirir. Mənə göstərdiyiniz diqqətə görə sizlərə də təşəkkür edirəm”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar