Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xədicə İsmayıl həbs oluna bilər


Mehman Əliyev: “Son həbslər onu göstərir ki, hər şey ola bilər”


Araşdırmaçı jurnalist Xədicə İsmayılla Elman Türkoğlu arasındakı məsələ hüquqi müstəvidən siyasi gündəmə keçməkdədir. Hazırda Strasburqda Avropa Şurası Parlament Assambleyasının üzvləri ilə görüşdə olan Xədicə İsmayıl “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, Azərbaycana qayıdanda həbslə üzləşəcək: “Mənə xəbərdarlıq olunub ki, səfərdən qayıdanda  həbslə üzləşəcəm və ola bilsin ki, bu, mənə xəbərdarlığın başqa üsuludur. Mən düşünürəm ki, onlar ya istəyirlər ki, mən Azərbaycana qayıtmayam ya da qorxam, Azərbaycandakı işlər barədə sakit duram". 
  
Xatırladaq ki,  X.İsmayıl əleyhinə cinayət işi onun sosial mediada yaydığı bir sənədlə bağlıdır. Elman Türkoğlu bu sənədin saxta olduğunu iddia edərək, orada təhqirə, böhtana məruz qaldığını bildirib və məhkəməyə müraciət edib. 
 
 X.İsmayıl deyib ki, o, məhkəmədən yayınmır. “Mən səbirsizliklə qayıtmağımı gözləyirəm. Mən Bakıya qayıdacağam. Çünki Bakı mənim evimdir. Mən heç kimə imkan vermərəm ki, mənim evimdən bayıra atsın”.

X.İsmayıl Elman Türkoğlunun əleyhinə mətbuatda hər hansı fikir səsləndirməsə də, qarşı tərəf sia.az saytına açıqlamasında daha da irəli gedərək Xədicə İsmayılın erməni əsilli olduğunu iddia edib: “Xədicə İsmayıl ata tərəfdən deyil, ana tərəfdən ermənidir. Amma buna baxmayaraq, onun həqiqi soyadı İsmayılyandır. Çünki onun damarında erməni qanı axır. O, Azərbaycan jurnalistikasının ən pozğun əməkdaşı və üz qarasıdır”. 

Bəs görəsən, bu münaqişə Xədicə İsmayılın özünün dediyi kimi həbs olunacaqmı? 
“Yeni Müsavat” bu məsələni ekspertlərlə ilə müzakirə edib.

Politoloq Ərəstun Oruclu bildirdi ki, əgər bu məsələ Elman Türkoğlunun müraciəti ilə bağlıdırsa, həmin sənəd yayıldıqdan bir neçə ay sonra gündəmə gəlməsi bunun daha çox siyasi məsələ olduğunu düşünməyə əsas verir: “Bilirsiniz ki, son  zamanlar siyasi məhbuslar məsələsi aktualdır və onların hüquqlarının müdafiəsi istiqamətində Xədicə İsmayıl çox işlər görür. Bu hakimiyyəti ciddi şəkildə qıcıqlandırır, xüsusən də Anar Məmmədliyə “Havel” mükafatının verilməsi, bundan sonra isə Rəsul Cəfərovun yeni bir mükafata təqdim olunmasını da nəzərə alsaq, ola bilsin ki, Xədicə İsmayılı həbs etməklə hakimiyyət çalışır ki, maksimal dərəcədə beynəlxalq aləmə çıxışı məhdudlaşdırsın. Mən Xədicə İsmayılın həbs olunacağını düşünmürəm. Ancaq Elman Türkoğlunun sənəd yayılandan bir neçə ay sonra məhkəməyə müraciət etməsi müəyyən fikirlər üçün əsas yaradır. Ancaq həbs üçün əsas yoxdur, məhkəmə qərarı hələ ki, yoxdur, Elman Türkoğlunun iddiası sübuta yetirilməyib”. 
Xədicə İsmayılın həbsi ilə bağlı xəbərdarlıq aldığına gəlincə, Ərəstun Oruclu deyib ki, onu hədələməklə ölkəyə gəlməsinə əngəl yaratmaq istəyən şəxslər var, ancaq o, bildirib ki, ölkəyə qayıdacaq”.  

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev jurnalist  Xədicə İsmayılın həbsinin gözlənilən olduğunu bildirdi: “Ölkədə gedən proseslər, həbslər onu göstərir ki, hər şey ola bilər və buna görə də Xədicə İsmayılın həbsi mümkündür. Ancaq əgər özü gəlməyə qərar veribsə, görünür, nəticələri də nəzərə alıb. Əgər ona həbslə bağlı hər hansı xəbərdarlıq göndərilibsə, deməli, Azərbaycanda elə dairələr var ki, məhkəmə qərarı olmadan  da həbs edə bilərlər”. 

Elman Türkoğlunun  məhkəməyə müraciət etməsinə gəlincə, Mehman Əliyev bildirdi ki, əgər belə bir problem var idisə, məhkəməyə müraciət etməzdən öncə vasitəçilərin, ziyalıların köməyi ilə bu məsələ həll oluna bilərdi və prinsipcə, bu cür məsələlər belə həll edilməlidir: “Jurnalisti məhkəməyə vermək sonuncu mərhələdir. Ona qədər bu problemi müzakirə yolu ilə həll eləmək olar. Əslində bu Mətbuat Şurasının vəzifələrindən biri idi. Ancaq indi Azərbaycanda bu işləmir. Əgər buna cəhd olmayıbsa, mən bunu qərəzli hesab edirəm”. 

Bu məsələnin Xədicə İsmayılın həbsinə bir bəhanə olmasını dilə gətirən Mehman Əliyev qeyd etdi ki, Xədicə İsmayıl icitmai fiqurdur, veriliş aparıcısıdır və həmin verilişdə hər gün nə qədər insanın maraqlarına toxunur: “Buna görə də onun əleyhinə hər hansı kampaniya təşkil etmək elə də çətin iş deyil. Hakimiyyətin bu məsələdə kifayət qədər imkanları var və biz belə kompaniyaların nəticəsinin dəfələrlə şahidi olmuşuq”. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar