Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xeber365.com saytı fəaliyyətini dayandırır


Azərbaycanda məşhur xəbər portalı olan xeber365.com saytı fəaliyyətini dayandırır


Musavat.com xəbər verir ki, bu barədə saytın baş redaktoru Anar Əsədli özünün "facebook" səhifəsində məlumat verib. 

Həmin məlumatı olduğu kimi dərc edirik: 

"Dəyərli dostlar, 3 il yarım əvvəl dövlətçilik, millətçilik, türkçülük dəyərlərini əldə bayraq edərək bir yola başladıq – məhdud imkanlarla, kiçik bir komanda ilə Xəbər365-i yaratdıq. 3 il yarım ərzində bir dəfə də olsun, əlimizi vicdanımızın üstündən götürmədik, haqqın, doğrunun yanında olduq. Bunu ona görə bu qədər rahatlıqla yazıram ki, saytın adı çəkiləndə haqqında ən reytinqli, ən populyar sayt yox, doğruları yazan sayt deyilir. Qürurludur ki, oxucuların, ictimaiyyətində yaddaşında məhz bu cür qalırıq.

Xəbər365 yaranandan bəri hər şeyə rəğmən, öz prinsiplərinə sadiq qaldı, onun marağında kiminsə villasını, bahalı maşınını, şou göstərmək, qalmaqalları, ölümü, kriminal hadisələri təbliğ etmək olmadı. Reytinq arxasınca qaçmadıq, məqsədimiz cəmiyyətə doğru informasiyaları çatdırmaq və fəaliyyətimizdə sağlam fikirləri yaymaq oldu. Çətin də olsa, qısa müddətdə ölkə mediasında özünəməxsus yer tuta bildik. Nəinki ölkədə, türk dünyasında populyarlıq qazanaraq oradakı fikir adamlarının da dəyərli fikirlərinin güzgüsünə çevrildi.
 
Xəbər365 yarandığı gündən mediada brend olmağı qarşısına məqsəd qoydu və buna, demək olar ki, nail oldu. Komandamızda peşəkar, öz mövqeyi olan jurnalistlər çalışdı, saytımız vasitəsilə aydınlar öz sözlərini deyə bildilər. Gəldiyimiz yola, mərammıza uyğun olaraq, ötən il “Cümhuriyyətimiz-100” layihəsinə başladıq və layihə çərçivəsində saytımızda yazılar yayımlandı, müzakirə olundu. Könül istərdi ki, Cümhuriyyətimizin 100 illiyində bu barədə daha çox məqalələrlə, araşdırmalarla çıxış edək. Ancaq biz bu il bir sıra səbəblərdən fəaliyyətimizi dayandırmaq məcburiyyətindəyik. Əlbəttə, bu addım bizim ürəyimizcə deyil, amma bizdən asılı olmayan səbəblər var. Buna sayt rəhbərliyinin bir müddət ölkədə olmaması və komanda üzvlərinin bəzi problemləri ilə əlaqədardır. Ancaq saytın fəaliyyətini davam etməsini, yaşamasını istəyən dostlarımız varsa, çox böyük həssasiyyətlə yaratdığımız, qoruduğumuz bu media orqanını və onun oxucularının yer aldığı 75 min izləyicisi olan Feysbuk səhifəmizi onlara həvalə edə bilərik. Təbii ki, saytın yoluna sadiq qalan, doğru-dürüst məqsədə xidmət edən kəslərə... Bizim üçüm önəmli olan bu adın yaşaması, bu yolun davam etməsidir. Ola bilər ki, bir müddət sonra Xəbər365-in başında yenə özümüz – saytın qurucuları və yaşadanlar olaq. 

Sayt 31 yanvar- Cümhuriyətimizin qurucusu M.Ə. RƏSULZADƏNİN doğum gününə qədər fəaliyətini davam etdirəcək.

Bu günə kimi bu əziyyətli yolda bizə dəstək olan, bizi oxuyan, dəyər verən hər kəsə, hər bir oxucuya təşəkkür edirik. Var olun!"

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar