Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xarici jurnalistlər Cocuq Mərcanlıya səfər edib

İndoneziyadan olan bir qrup jurnalist Cocuq Mərcanlıya səfər edib


“Report”un Qarabağ bürosu xəbər verir ki, jurnalistlər səfər çərçivəsində Cocuq Mərcanlıdan olan və orada yaşayan məcburi köçkünlərlə görüşüblər.

Xarici jurnalistlərə məlumat verilib ki, 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Cocuq Mərcanlı kəndi işğal edilmişdi. 1994-cü ildə Azərbaycan Ordusu tərəfindən kəyata keçirilən “Horadiz” əməliyyatı zamanı kənd işğaldan azad edilib. Lakin kəndin ətrafında yerləşən əsas yüksəkliklər Ermənistan tərəfinin nəzarətində olduğu üçün və mütəmadi olaraq atəşə məruz qaldığı üçün kənd sakinləri evlərini tərk etmişdilər.

2016-cı ildə aprel döyüşlərindən sonra ərazidə əsas yüksəklik olan Lələtəpə Azərbaycan Ordusunun nəzarətinə keçdikdən sonra ermənilər ərazidən tamamilə çıxarılıb. Daha sonra Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən kənd yenidən bərpa edilib. Aparılan tikinti və yenidənqurma işləri artıq yekunlaşıb və kəndin sakinləri 25 ildən sonra öz doğma kəndlərinə qayıdıblar.

İndoneziyalı jurnalistlər Cocuq Mərcanli Kənd orta məktəbində müəllim və şagirdlərlə görüşdükdən sonra kəndin yeni tikilən məscidində olub və namaz qılıblar.

Xarici jurnalistlər təmas xəttinə səfər edərək ön xətdə yerləşən hərbi hissədə baş çəkib və buradakı şəraitlə yaxından tanış olublar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Premyer Liqa: "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib

QAİ dünya ictimaiyyətini Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə əməllərini pisləməyə çağırıb

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Ən çox oxunanalar