Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü – Bu görüş Cənubi Qafqaz regionuna nə vəd edir?


Politoloq: “Əgər Cənubi Qafqazda belə bir dördlü platforma yaranırsa, demək bunların arasında həm iqtisadi, həm siyasi, həm də mühüm əhəmiyyətli hərbi məsələlər də həll oluna bilər”


Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin görüşünün siyasi tərəfi ondan ibarətdir ki, Ermənistan təcrid olunduğuna görə məhz Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində bir sıra addımlar atıla bilər”.

Bu sözləri politoloq Arzu Nağıyev sabah Bakıda keçiriləcək Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünü PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi martın 15-də Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçiriləcək. Xarici İşlər Nazirliyindən bildirilib ki, görüşdə ikitərəfli və üçtərəfli əsasda olan əməkdaşlığı tamamlayaraq dördtərəfli əsasda region ölkələri arasında regional sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi, iqtisadi, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, 2017-ci ilin 6 sentyabr tarixində Bakı şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü, 20 dekabr tarixində isə Azərbaycan - İran – Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.

Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü Cənubi Qafqaz regionuna nə vəd edir?   

Mövzu ilə bağlı PİA.Az-ın əməkdaşı politoloq Arzu Nağıyevin fikirlərini öyrənib.



Arzu Nağıyev: “Sabah Bakıda yaranacaq Azərbaycan-Türkiyə-İran-Gürcüstan dördlük ittifaqı Rusiyanın özünə bir mesajdır”.


Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünə bir neçə istiqamətdən baxılmalı olduğunu qeyd edən politoloq Arzu Nağıyev PİA.AZ-a açıqlamasında bildirib ki, nazirlərinin Bakıya gəlməsi və dördlük platformanın yaranması Azərbaycanın nüfuzunu qaldırmağa, Azərbaycanın bir sıra mühüm əhəmiyyət kəsb edən layihələrdə iştirakına yol aça bilər:

“Düşünürəm ki, Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünə bir neçə istiqamətdən baxılmalıdır. Birinci istiqamət budur ki, artıq Ermənistanı təcrid etmək mexanizmi işlənib hazırlanır. Yəni əgər Cənubi Qafqazda belə bir dördlü platforma yaranırsa, demək bunların arasında həm iqtisadi, həm siyasi, həm də mühüm əhəmiyyətli hərbi məsələlər də həll oluna bilər. Bütün bu istiqamətlərdə də artıq Ermənistanın təcrid olunması aydın məsələdir. 

Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin görüşünün siyasi tərəfi ondan ibarətdir ki, Ermənistan təcrid olunduğuna görə məhz Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində bir sıra addımlar atıla bilər. Dağlıq Qarabağ məsələsində hər hansı addımların atılması bu gün ən prioritet istiqamətlərdən biridir. 

Həmçinin onu da qeyd edim ki, Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin Bakıya gəlməsi və dördlük platformanın yaranması Azərbaycanın nüfuzunu qaldırmağa, Azərbaycanın bir sıra mühüm əhəmiyyət kəsb edən layihələrdə iştirakına bir yol aça bilər. Bu gün Rusiyanın da çalışdığı odur ki, özünə çox mühüm müttəfiq tapsın. Sabah Bakıda yaranacaq Azərbaycan-Türkiyə-İran-Gürcüstan dördlük ittifaqı Rusiyanın özünə də bir mesajdır. Yəni istənilən istiqamətdə bu haqda düşünməyə dəyər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar