Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xarici İşlər Nazirliyi İƏT ölkələrinin səfirləri üçün iftar süfrəsi açıb

Xarici İşlər Nazirliyi müqəddəs Ramazan ayı münasibətilə İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirləri üçün iftar süfrəsi açıb


Nazirlikdən verilən məlumata görə, nazir müavini Xələf Xələfov Azərbaycan dövlətinin İslam mədəniyyətinə hər zaman xüsusi qayğı ilə yanaşdığını, ölkə rəhbərliyinin İslam abidələrinin qorunub bərpa olunmasını daim diqqət mərkəzində saxladığını bildirdi.

Azərbaycanın müsəlman ölkələri ilə siyasi, iqtisadi və mədəni sahələrdə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksək əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyinin təqdirəlayiq hal olduğunu qeyd etdi.

O, Azərbaycanda İƏT çərçivəsində bir çox beynəlxalq tədbirlər keçirildiyini bildirdi. Həmçinin, 2017-ci ildə Azərbaycanda İslam Həmrəylik Oyunlarının keçirilməsinin planlaşdırıldığını, Naxçıvanın 2018-ci il İslam mədəniyyəti paytaxtı elan olunduğunu qeyd etdi.

İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallığa, ədalətə, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına əsaslanan mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etdiyini vurğulayan X.Xələfov üzv dövlətlər arasındakı həmrəyliyin daha da gücləndirilməsi vacibliyini bildirdi. O, 2016-cı ilin aprel ayında İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilən Zirvə görüşündə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İƏT çərçivəsində xarici işlər nazirləri səviyyəsində Təmas Qrupunun yaradılması bərədə qərarın qəbul edildiyini qeyd edərək, yaxın zamanlarda Təmas Qrupunun fəaliyyətə başlamasının münaqişənin həllinə öz töhfəsini verəcəyini vurğuladı.

X.Xələfov İslamafobiya meyllərinə qarşı mübarizə aparmaq üçün birgə səylərin artırılmasının vacibliyini bildirdi. İslamın tolerantlıq dini olduğunu, Azərbaycanda bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığını, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini və bu il BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçirildiyini diqqətə çatdırdı.

X.Xələfov müqəddəs ayda İslam dünyası ölkələrinə sülh, əmin-amanlıq, inkişaf və rifah arzuladığını diqqətə çatdırdı.

Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri adından çıxış edən Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami iftar məclisinin təşkil olunmasından məmnunluq duyduqlarını qeyd edərək həmkarları adından təşəkkürünü bildirdi və Ramazan ayı münasibətilə Azərbaycan xalqına ən xoş arzularını ifadə etdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar