Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaricdən mal gətirənlərin işi asanlaşdı

"Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nda dəyişikliklər edilib


Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasından (ASK) verilən məlumata görə, dəyişikliyə əsasən, hüquqi və fiziki şəxslər idxal müqavilələri üzrə ölkəyə idxalı təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi 180 gün deyil, 270 gün müddətində banka təqdim etməlidirlər.

   Bundan əvvəl avans yolu ilə  ödənişin aparıldığı gündən bu müddət 180 gün idi. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda həmin şəxsə qarşı cərimə tətbiq olunurdu. Bəzi hallarda sahibkarlar obyektiv səbəblər üzündən ödənişin aparıldığı gündən 180  gün müddətində malların ölkəyə idxalını həyata keçirə bilmirdi və onların barəsində cərimə formasında inzibati tənbeh tədbiri seçilirdi.

   Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası sahibkarlar tərəfindən daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq ötən ay "Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nda dəyişikliklərin edilməsini aidiyyəti dövlət qurumlarına təklif etmişdi. Təkliflərdən biri də "Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nda  4.3.1.3. maddəsində nəzərdə tutulmuş 180 gün müddətinin artırılması ilə bağlı idi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar