Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xanım QHT sədri hakim önündə

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib


Prosesdə zərərçəkmiş qismində Həcər Kəngərli ifadə verib. Zərərçəkmiş istintaqa verdiyi ifadəsini təsdiq edib, onunla barışıq üçün heç bir cəhd edilmədiyini bildirib. K.Ağazadənin vəkili Aqil Layıcov istintaq dövründə Həcər Kəngərliyə barışıq və 3600 manat pulun ödənilməsi təklif olunduğunu, lakin zərərçəkmişin bunu qəbul etmədiyini məhkəmənin diqqətinə çatdırıb. Zərərçəkmiş H.Kəngərli isə belə bir təklif almadığını deyib: "Mənə sadəcə müstəntiq dedi ki, barışıq istəyirsinizmi? Mən də dedim ki, heç mənim pulum da ödənilməyib".

Vəkilin "Əgər sizə dediyiniz zərər ödənilərsə, o zaman Kəmalə xanıma qarşı şikayətiniz olacaqmı?" sualına zərərçəkmiş “kim nə əməl edibsə, cəzasını almalıdır” cavabını verib.

Zərərçəkmiş H.Kəngərli təqsirləndirilən şəxsə qarşı daha bir iddia səsləndirib. O deyib ki, K.Ağazadə onun övladını abort etdirib: "Kəmalə xanım insan alverinə qarşı mübarizə apardığını deyir. Amma mənim özüm, övladım insan alverinin qurbanı olub. Mənim övladım abort edilərək tələf olub. Bunun səbəbkarı və günahkarı da Kəmalə Ağazadədir".

K.Ağazadə zərərçəkmişin bu dediklərini təəccüblə qarşılayıb. Vəkil Aqil Layıcov məhkəməyə müraciət edərək bu iddianın araşdırılması üçün xüsusi qərar çıxarılmasını istəyib. Hakim isə bildirib ki, bu işin hazırda araşdırılan cinayət işi ilə heç bir əlaqəsi olmadığı üçün baxıla bilməz.

Zərərçəkmiş Həcər Kəngərli 3600 manatı Kəmalə Ağazadəyə verməsinin səbəbini danışıb: "Kəmalə Ağazadənin təşkilatında layihədə işləyirdik. Həmin layihənin uzadılması üçün Səhiyyə Nazirliyinə rüşvət veriləcəyini demişdi. Biz də bu işdən maaş aldığımız üçün istənilən məbləği verdim".



Daha sonra zərərçəkmiş Mahirə Sadıqova ifadə verib. O söyləyib ki, K.Ağazadənin rəhbərlik etdiyi təşkilatda sosial işçi, daha sonra isə psixoloq kimi işləyib. M.Sadıqova qeyd edib ki, Kəmalə Ağazadə ondan 2100 manat alıb: "Həmin pul Səhiyyə Nazirliyinə rüşvət kimi veriləcəkdi. Yəni Kəmalə Ağazadə bu məqsədlə bizdən alıb. Çalışdığımız layihə daha bir neçə il uzadılmalı idi".

Zərərçəkmiş M.Sadıqova ona dəymiş zərərin ödənildiyini, təşkilatda maaş almadan könüllü şəkildə işlədiklərini söyləyib. O, həmçinin bəzi hallarda təşkilatda olan uşaqlara göndərilən ərzaqlardan evə apardıqlarını da gizlətməyib: "Bu yük indi də mənim çiynimdədir. Mən uşaqlara ayrılan ərzaqlardan aparmışam. Bunu Kəmalə Ağazadə özü təklif edib. Deyirdi ki, ərzaq onsuz da çoxdur, xarab olacaq. Biz də maaş almadığımız üçün bunu etmişik".

K.Ağazadə deyib ki, M.Sadıqova və həyat yoldaşı Dadaş Əhmədov uzun illər onun yanında işləyib. Amma daha sonra onları işdən uzaqlaşdırıb: "Dadaş Əhmədov təşkilatı ələ keçirmək istəyirdi. Həm də təşkilatdan ərzaq apardıqları üçün onları işdən kənarlaşdırmışam".

İttihama görə, QHT sədri öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə edib, özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib, vətəndaşlara rüşvət verməyə təhrik edib. Bundan başqa, o, vətəndaşı xidməti vəzifəsinin icrası ilə əlaqədar ediləcək hərəkətin müqabilində səlahiyyətli vəzifəli şəxsə rüşvət verməyə təhrik edib və həmin əməli təkararən törədib.

Belə ki, K.Ağazadə 1998-ci ilin oktyabr ayından hazırkı vaxtadək Azərbaycan Uşaqları Birliyinin sədri vəzifəsində işləyərkən Səhiyyə Nazirliyi ilə “Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanlarının genişləndirilməsi, profilaktika və mülicənin gücləndirilməsi vasitəsi ilə Azərbaycanda HİV/AİDS epitemiyasına qarşı cavab tədbirlərinin mükəmmələşdirilməsi” lahiyəsinin tətbiqi üçün əməldaşlıq edib. Bu məqsədlə 2015-ci ilin avqust ayının 17-də Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqova ilə 5 ay müddətinə layihə çərçivəsində göstərilən işlərin yerinə yetirilməsi üçün fərdi qaydada müqavilə bağlayıb. İttihama görə, həmin müqavilənin müddəti bitdikdən sonra o, Səhiyyə Nazirliyində işləyən aidiyyətı vəzifəli şəxsə rüşvət verməklə əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına və bunun əsasında onlarla yenidən xidmət müqaviləsi bağlayacağının mümkün olduğunu bildirib. K.Ağazadə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, vəzifəli şəxsə verilməsi üçün alınacaq rüşvətin müqabilində həmin işi həll edəcəyini yalandan vəd verib. O, 2015-ci ilin sentyabr və oktyabr ayında Azərbaycan Uşaqları Birliyinin faktiki fəaliyyət göstərdiyi binasında hissə-hissə olmaqla Həcər Kəngərlidən 3600 manat, Mahir Bayramovdan 2100 manat və Mahirə Sadıqovadan 2100 manat olmaqla ümumilikdə 7800 manat məbləğində pul alıb, özünün şəxsi ehtiyaclarına xərcləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar