Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalqın şairini Elza seçsin

Elza xanımın münsif olduğu ARB TV-də “Xalqın şairi” verilişi nəhayət ki, baş tutdu


Verilişin ilk buraxılışı sosial şəbəkələrdə yaman reaksiyalar doğurmuşdu. Hamı əlinə xətkeş alıb şeirin necə olmağı haqqında uzun-uzadı mühazirələr deyir, kimlərəsə ağıl öyrədirdi.
 
Açığı, bu reaksiyalara baxıb düşündüm ki, bizim xalq elə lağ-lağı eləmək üçün sinov gedirmiş, “Xalqın şairi” də bunlara bir bəhanə olub. Guya bu adamlar şeirin qədrini bilənlərdir, ədəbiyyatımızın keşiyində əli silahlı dayanıblar, istedadsızların ora ayaq basmasına imkan verməmək üçün sinələrini sipər ediblər.
 
Verilişə gəlincə... Mənim çox xoşuma gəldi. Həqiqi sözümdür. Azərbaycanda bu cür layihənin olması sevindirici haldır. Şeir sözü, şair sözü gündəmə gəlir. Nə gözəl! Bunu alqışlamaq lazımdır. Qaldı ki, qədirbilən xalqımızı narahat edən şeirin gözdən salınması məsələsinə... Növbəti abzasda bu barədə sözü özümə verəcəm.
 
 “Xalqın şairi” verilişindəki format mənə maraqlı göründü. Münsiflər bir qıraqda əyləşiblər, aparıcı Mübariz Əsgərov əlində kağız ayaqda dayanıb, iştirakçılar da gəlib şeirlərini oxuyurlar. Verilişə bir fərqli rəng də əlavə ediblər: Sabir, Səməd Vurğun, Məhsəti Gəncəvi və digər ədəbiyyatda sözünü demiş və klassikləşmiş şairlərimizin obrazlarını münsiflərin yanında yerləşdiriblər. Onlar da hərdən-bir şeirlər deyirlər. Və aparıcının dediyinə görə, bu obrazlar həmin şairlərin yaradıcılığını beş barmaqları kimi əzbər bilirlər.
 
Bu yerə qədər hər şey gözəldi. Camaatımızı narahat edən isə başqa məsələdir. Niyə Elza şeirlərə qiymət verir? Niyə orda o cür mənasız şeirlər səsləndirilir?
 
Axı bu həm də şou proqramdır. Elza xanım da şounun tərkib hissəsidir. Və təbii ki, bu cür müsabiqələrə istedadsız da gələcək, şeirin həndəvərinə yaxın durmayanlar da.
 
Özü də mən verilişdə Elzanı çox təvazökar gördüm. Sanki söz deməyə utanırdı.
 
Hətta verilişdə iştirak edənlərdən biri aparıcıya eynən belə dedi:
 
“Elzanı ona görə münsif seçiblər ki, iştirakçıların şeirlərinə qulaq assın və şeir yazmağın daşını atsın” – eynən bu cür də efirə getdi.
 
Yəni veriliş həm də özünəironiya ilə seçilir.
 
Qulu Ağsəsin iştirakçıların şeirlərinə yumor qarışıq münasibəti də verilişi maraqlı edən amillərdən idi.
 
Baba Vəziroğlu ağayana fikirlər deyirdi. Ağsaqqal kişilər gəlib pafos dolu şeirlər oxuyurdular, Baba müəllim də onların şeirlərinə “yaxşıdır” deyib yola verirdi: “Növbəti müsabiqəyə gələrlər”. Kim bilir, növbəti müsabiqədə o qocaman kişilər sağ qalacaqmı?
 
O qocalar verilişdə təbəssüm yaradırdı. Qoca kişidir, ola bilsin, toz basmış şeirlərini kiməsə oxumağa ehtiyac duyub. Bu veriliş də ona imkan tanıyıb, gəlib oxuyub. Nə var ki burda? Hər şou verilişdə belə şeylər olur. Qəti qorxusu yoxdur. Əksinə rəng qatır. Guya siz şeirin dərdini çəkirsiniz, efirdən mənasız bir şeir səslənəndə ürəyiniz tab gətirmir. Bir dəfə mənasız şeir oxunacaq, iki dəfə, axırda ciddi şeirlər də səslənəcək. Onda görüm nə deyəcəksiniz?
 
Bir vaxtlar yaşlı yazıçılar mənə deyirdilər ki, ədəbiyyatı şouya çevirmə. Amma gəlin razılaşaq: indiki dünyada ədəbiyyat həm də şoudur. Və bu mənada “Xalqın şairi” verilişi Elza xanımla bərabər çox gözəl layihədir. Ən azından ekranlarda söz adına nəsə eşidirik.
 
Yazarların da bu məsələyə münasibəti mənə qəribə gəlir. Nə olub sizə? Biri biabırçılıq deyir, o biri ağzını büzür. Guya bu veriliş ədəbiyyatımızı alt-üst edəcək. Həqiqi sözün, ciddi ədəbiyyatın tərəfdarısınızsa, Mübariz Əsgərov demiş, bu meydan, bu da şeytan, sinənizi qabağa verib şeirinizdən döşəyin getsin...
 
Ayxan Ayvaz(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar