Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq şairi ilə vida mərasimi başa çatdı

Xalq şairi Söhrab Tahir ilə Təzə Pir Məscidində keçirilən vida mərasimi başa çatıb


Mərasimdə Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, nazir müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairiləri Fikrət Qoca, Nəriman Həsənzadə, mədəniyyət və incəsənət xadimləri, ziyalılar iştirak edib. 

Xalq yazıçısı Anar xalq üçün bu itkinin çox ağır olduğunu bildirib:
"İtkimiz çox ağırdır. O taylı, bu taylı Azərbaycanın çox görkəmli şairi, xalq şairi Söhrab Tahiri itirdik. Söhrab Tahir həyatda çox əzablar çəkib. 

Çox məmnunam ki, bir müddət bundan öncə AYB-də onun 90 illik yubileyi keçirilərkən, özü iştirak etməsə də onunla telefon danışığımız oldu. Onun bir şeirində deyilirdi ki, "bölünməkdən elə qorxuram ki, çöpü də ikiyə bölmərəm". Amma özünün vətəni ikiyə bölündü, ömrünün sonuna yaxın əməliyyat olundu. Amma onun ruhu bölünməzdi".

Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev də xalq şairinin ölümünün Azərbaycan xalqı, ədəbiyyatı üçün böyük itki olduğunu deyib:
"Mən fəxr edirdim ki, belə bir insanı tanıyırdım. Təbii ki, bu gün onun şeirləri, fəaliyyəti yadımıza gəlir. O, Azərbaycanı, Bakıdan Təbrizdək, Təbrizdən Bakıyadək sevirdi. Tahir Söhrabın ölümü Azərbaycan xalqı, ədəbiyyatı, Azərbaycan Yazıçılar Birliyi (AYB) üçün böyük itkidir. Allah ona rəhmət eləsin“. 

Xalq şairi Nəriman Həsənzadə isə Söhrab Tahirin xalqın yaddaşında əbədi yaşayacağını deyib:
"Onu itirdik, bu bir taledir. Söhrab Tahir bizim həm yaşıdımz, həm də ağsaqqalımız idi. O, elə bir ədəbi irs qoyub ki, o irs əbədi yaşayır, yaşayacaq da. Həmişə öz söhbətləri ilə digərlərini yaşadırdı...

Onun çox gözəl yumor hissi var idi. Adətən təbrizlilər çox yumorlu olur. Söhrab Tahir ən ağır şeyləri belə zarafata salıb deyərdi". 

Mərhum şairin oğlu Tahir atası ilə bağlı bəzi məqamlara aydınlıq gətirib:
"Oktyabr ayında atam ürəkçatışmamazlığı xəstəliyi ilə əlaqədar Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Doğrudur, onda atamı pis vəziyyətdən çıxartdılar. Lakin ayağında qanqrena yarandı. Ona görə də hər iki ayağı əməliyyat ilə amputasiya olunmalı idi. Lakin atam bu əməliyyatdan imtina etdi və yarımçıq qalan "Ata"  eposunu tamamlamağa çalışdı. Biz birlikdə həmin eposu bitirdik. Hazırda əsəri işıq üzü görüb. Lakin kitab satışda deyil, dövlət kitabxanalarında bu kitabı əldə etmək olar". 

Mərasim başa çatdıqdan sonra mərhumun cənazəsi Təzə Pir Məscidindən qaldırılaraq dəfn olunmaq üçün II Fəxri Xiyabana aparılıb. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar