Xalq artisti Niyaməddin Musayev müğənnilərin oxumasından şikayətlənib
Axşam.az-ın məlumatına görə, müğənni “Bizimləsən” verilişində onları mahnı oxuyarkən sözləri düzgün tələffüz etməməkdə günahlandırıb:
“Tələffüzün özü böyük şərtdir. Çoxlarında bu düz deyil. Əksəriyyəti “x” sözünü çatdıra bilmir. “Xatırlayarsan” əvəzinə “qatırlayarsan” deyirlər. Belə olmaz...
Bunu müğənnilərə izah etməyə çalışıram ki, düz oxusunlar”.
pia.az