Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq Cəbhəsi Azərbaycana demokratiya gətirə bildimi?


Partiya sədrindən AXC-nin missiyasının harada bitdiyi haqda açıqlamalar


1989-cu ildə yaradılan və xalq hərəkatına öncüllük edən Azərbaycan Xalq Cəbhəsinin (AXC) Azərbaycan tarixində, o cümlədən 20 yanvar hadisələri zamanı rolu barədə müxtəlif fikirlər irəli sürülür.

 AXC-nin liderlərindən olmuş İsa Qəmbərin son bir həftədə sosial şəbəkədə tarixə ekskurs edən silsilə yazılarından sonra bu mövzu daha da aktuallaşıb.

Azərbaycan Xalq Cəbhəsi Azərbaycan tarixində daha çox müsbət, yoxsa mənfi rolu olan təşkilatdır? Xalq Cəbhəsi Azərbaycana demokratiyanın gəlişinə yol açdı, yoxsa gəlişini qapadı?” tipli suallar yenidən gündəmə gəlib.

Xalq hərəkatı dövründə AXC-nin sıravi üzvü olmuş VİP sədri Əli Əliyev ilə bu mövzuda söhbətimizdə qeyd etdi ki, Azərbaycan Xalq Cəbhəsinin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərə mənfi çalarda yanaşmaq nadanlıqdan başqa bir şey olmazdı. Sözsüz ki, dövlət müstəqilliyinin bərpasında, keçmiş imperiyanın çöküşündə, hətta dünya xəritəsinin dəyişməsində və 2-ci dünya müharibəsindən sonrakı dəngənin dəyişdirilməsində, bir az da əvvələ getdikdə sosialist düşərgəsi ilə kapitalist ideoloji platformasının 70 illik qarşıdurmasında nəticənin əldə olunmasında AXC-nin danılmaz və təkzibolunmaz xidmətləri var: “Düzdür bu xidmətləri 1991-ci ilin dekabrın 5-nə qədər olan dövrə, Belovejsk meşəsində SSRİ-nin buraxılması ilə bağlı imzalanmış sazişə qədər olan dövrə aid etmək lazımdır. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ilə bağlı 1991-ci ildə Parlamentin 18 oktyabr tarixli bəyannamənin qəbulundan sonra AXC öz tarixi missiyasının həlledici mərhələsini bitirmiş oldu. Məhz AXC-nin fəaliyyətinin nəticəsi idi ki, Azərbaycan xalqı 1989-cu ildə dünyanın bir saylı mübariz xalqı elan edildi. AXC-nin xidmətləri idi ki, Azərbaycan xalqını toparlaya, qanlı qırmızı imperiyaya qarşı sinə gərə bildik”.

Ə.Əliyev bildirdi ki, birinci mərhələdən sonra ölkədə başlamış partiyalaşma AXC dövrü sayılmamalıdır: “1992-ci ilin əvvəlindən başlayaraq, hərəkatdan qüvvələr ayrılmağa, partiyalar qurmağa və siyasi sistemin təməllərini formalaşdırmağa başlanıldı. Düzdür, 1992-ci ilin iyununda Əbülfəz Elçibəy AXC lideri kimi hakimiyyətə gəlsə də, artıq AXC-nin daxilində, hakimiyyət komandasının içində bölünmə prosesi başlamışdı. Növbəti uğursuzluqların kökü də məhz bu xalçaaltı savaşın içində gizlənir. Bu yanlışları heç bir halda AXC-nin ayağına yazmaq, onun xidmətlərinə kölgə salmaq yolverilməzdir. 90-ların Azərbaycan Xalq Cəbhəsi xidmətlərinin miqyasına və tarixi əhəmiyyətinə görə Məhəmməd Əmin Rəsulzadə AXC-sindən az əhəmiyyətli işlər görməyib. Bu səbəbdən AXC fəaliyyətinin səthi qiymətləndirilməsini düzgün hesab etmirəm. Bu bir sualla ətraflı cavablandırılması mümkün olmayan mövzudur”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar