Xəbər xətti

25 APREL

0:44 Sarkisyanın istefasına Rusiyadan nə reaksiya var? –BBC-nin şərhi

0:33 Ermənistan hökuməti Paşinyanla danışıqları dayandırdı

0:22 “Türkiyə qarşıdakı 10 il boyunca Ərdoğanın hakimiyyəti altında qalacaq”

0:01 Bugün bürcünüz nələr vəd edir?

24 APREL

23:55 "1915-ci ildə zərər çəkmələrindən kədərlənirik"

23:40 "Ermənistan müxalifəti nə qərbyönlüdür, nə rusiyayönlü..."

23:33 Bitkoin 9 min dollar həddini keçdi

23:10 Naxçıvan mədəniyyət naziri təyin edilib

23:05 İran şahının mumiyası tapılıb

22:55 Azərbaycan və Türkiyə prezidentləri birgə şam ediblər

22:20 Azərbaycanlı turistlər Türkiyəni Gürcüstana və İrana dəyişiblər

22:05 Naxçıvan Turizm Departamentinin direktoru təyin edilib

21:55 “Şimali Koreya lideri olduqca səmimi və qürurlu insandır“

21:40 “Nə qədər varam, ölkədə meydan hərəkatına heç bir əsas olmayacaq” –Lukaşenko

21:20 Azərbaycanın əməkdar artisti vəfat etdi

21:12 Usama ben Ladenin mühafizəçisi Avropada miqrantların arasında tapılıb

20:40 Goranboyda ilanlar evlərə hücum edib

20:33 Bakı Metropoliteninin vəzifəli şəxsi üzr istədi

20:13 İraq İŞİD-in Suriyadakı obyektinə zərbələr endirib –Açıqlama

20:05 Əli Əhmədov: İçməli suyun tükənməməsi üçün həyata keçirilən layihələr kifayət etmir

19:50 Fransanın futbol əfsanəsi Anri Mişel öldü

19:40 Ukrayna Rusiyaya çay blokadası tətbiq edəcək

19:35 General oğlunun cinayət işini aparmış müstəntiq məhkəməyə gəlməyib

19:20 AŞPA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb

19:17 Rusiya azərbaycanlını “İnterpol” xətti ilə beynəlxalq axtarışa verib

19:12 Tramp: "İranla nüvə sazişi imzalanmamalı idi"

19:05 “Bundan sonra da sıx əməkdaşlığımızı davam etdirmək niyyətindəyik“

18:50 Prezident İlham Əliyev Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib

18:34 Sürücülərin nəzərinə: Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

18:30 Jirinovskidən əcaib təklif:"Moskvadan Yerevana metro xətti çəkilsin..."

18:25 Naxçıvanda gömrükçülər 108 kq heroin aşkar edib

18:17 Karapetyanla görüşdə o, baş nazir olmaq məsələsini qaldıracaq

18:12 Kadırov: “Qərb bilir ki, Rusiyaya hücum etsə...“

18:05 Şəmkirdə toya gedən şəxslər qəzaya düşüb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

18:00 İsrail və İran savaş astanasında

17:58 Əbülfəz Elçibəyin 80 illik yübileyinə hazırlıq işləri aparılır

17:55 “Qadınlar hər zaman mənə paxıllıq ediblər” - Aygün

17:49 Başından zədələnmiş xəstənin səhvən ayağını əməliyyat etdilər

17:45 FETÖ-nün gizli şifrəsi aşkarlandı: “Gəlin, çay içək”

17:40 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:35 Əfqan Muxtarlının şikayəti təmin edilmədi

17:30 Küveyt baş naziri Azərbaycan prezidentini təbrik edib

17:25 Saatlı sakini bıçaqlanıb

17:20 Ramiz Mehdiyev Rövşən Rzayevi kollektivə təqdim etdi

17:18 İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb

17:15 “Qərb bilir ki, Rusiya nə Suriya, nə də Liviyadır…”

17:09 Ərlərini və sevgililərini döyən məşhur qadınlar

17:05 Nəsimi rayonunda Zərifə xanım Əliyevanın xatirəsi anılıb - Fotolar

17:03 “Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır”

16:58 Lukaşenko İrəvana səsləndi: Tələsməyin!

16:53 “BMT Azərbaycanla sıx əməkdaşlığı davam etdirmək niyyətindədir”

16:48 Prezident: “Türkiyədəki seçkilərlə bağlı çox müəmmalı ssenari ortaya atılıb”

16:43 “Qarabağ” bu göstəricidə dünya ikincisidi...

16:37 Yeni nazir Muxtar Babayev hansı məşhurun övladıdır? - Video

16:26 Nazim İbrahimov: “Ramiz Mehdiyev bizim ağsaqqalımızdır...”

16:21 ABŞ Türkiyə əleyhinə qanun qəbul edəcəkmi?

16:15 Serj Sarkisyanın anası öldü

16:10 AMEA: Dünyanın ən nəhəng palçıq vulkanı 30 ildən sonra yenidən püskürüb

16:05 Ərdoğan ermənilərə başsağlığı verib

16:00 Flora Kərimova Röya haqda sərt sözlər dedi

15:55 Məhkəmədə vəkil cinayət işinin materiallarını yedi

15:51 Bakı Metropoliteninin vəzifəli şəxsi vətəndaşları təhqir etdi

15:47 “iPhone X”-in ən böyük çatışmazlığı üzə çıxdı

15:42 Həsən Turabov niyə ölmək istəyirdi?

15:37 “Yaxşı oxumasaydım, hamıyla dost olardım” - Elton

15:33 “Formula 1” yarışı üçün yüklər Bakıya gətirilib

15:29 Ərdoğan: “Suriyanın şimalında lazım olanı edəcəyik”

15:24 Səbaildə akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

15:20 “Azercell“in Mobil Göz Klinikası öz fəaliyyətini davam etdirir

15:16 Ramiz Mehdiyev: “Nazim İbrahimov vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədi”

15:12 Ermənistanda nə baş verdi? - Abxaziya tipli çevriliş, yoxsa “məxməri inqilab”?

15:07 “Baş nazir vəzifəsindən imtina etmərəm” – Nikol Paşinyan

15:03 Qadının başına it düşdü, beyni silkələndi - Video

14:59 “Vicdanım rahat durmurdu” - Natavan

14:54 Cəlilabadda kütləvi dava olub

14:50 O falçının anama dedikləri düz çıxdı

14:44 Keçmiş komitə sədri kollektivlə vidalaşdı

14:39 ShushaPost.az saytı Şuranın dəstəyi ilə təkmilləşdirildi

14:35 Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

14:35 Kim keçmiş sevgilisini söymək istəsə...

14:31 Ramzan Kadırov: “Çeçenistana gəlsə, Tramp həbs ediləcək”

14:27 Cavanşir Yusifli: “Anara hələ bu xoşbəxtlik üz verməyib”

14:23 Emmanuel Makron İlham Əliyevi təbrik edib

14:18 Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı

14:14 İlham Əliyev Rusiya Xarici Kəşfiyyat Xidmətinin başçısı ilə görüşüb

13:53 Türkiyə hərbçilərinin uniforması dəyişir

13:48 Saatlıda 4 yaşlı qız gölməçəyə düşərək boğulub

13:44 Milli Məclis müflisləşmə haqqında qanunu qəbul edib

13:39 Yeni ekologiya və təbii sərvətlər naziri kollektivə təqdim edilib

13:34 Əflatun Amaşovdan Ombudsmanın hesabatına etiraz

13:30 Sabah hava necə olacaq?

13:26 Elmira Süleymanova hesabat verdi

13:22 Ermənistanda icra başçısını güllələdilər

13:20 Silah satışında Azərbaycana qoyulan məhdudiyyətlərin səbəbi nədir?

13:18 Rusiya iqtisadiyyatı harbi vəziyyət rejiminə keçir

13:14 Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

13:10 Həsən Ruhani İranda Azərbaycan dilinin təşviqinə çağırdı

13:05 Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqlədi

13:00 Ramiz Mehdiyev yeni təhsil nazirini kollektivə təqdim edib

12:06 Xudatda nə baş verir? - Tenderlərdəki “oyun”ların pərdəarxası məqamları

11:58 Ermənistan hakimiyyəti müxalifətlə danışıqlara başlayır

11:54 Milli Məclisin komitəsində dəyişiklik – Yeni sədr seçiləcək

11:49 İki vəkilin fəaliyyətinə 1 illik qadağa

11:45 Amansız Qarabağ döyüşçüsü jurnalistə təslim oldu

11:41 Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək

11:37 Gürcüstanda azərbaycanlı ailənin evinə maskalı basqın olub

11:33 Gəncədə mənzildən 30 min dollar oğurlanıb

11:28 “Roma” İngiltərəyə 22 futbolçu ilə getdi

11:24 Öz qazdığı quyuya düşən

11:19 Sosial işçilər üçün maarifləndirici seminarlar təşkil olunacaq

11:15 Fransa aktivləşir və ABŞ-ı beynəlxalq arenada sıxışdırır...

11:11 İntihar edən polkovnikin qardaşı Eldar Mahmudovu məhkəməyə verdi

11:07 Deputat Zahid Orucdan dəyişikliklərə reaksiya

11:03 Yol təmiri zamanı 145 sovet əsgərinin skeleti tapıldı

10:59 Tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu üçün son vaxt açıqlandı

10:55 Deputatlar bu gün toplaşır – 20 məsələ müzakirə ediləcək

10:51 Vahid Əhmədov ürəyindən əməliyyat olundu

10:47 “O böyük koalisiya terrorçuların öhdəsindən gələ bilməyib, əvəzində…”

10:43 BMT Baş katibindən Qarabağla bağlı bəyanat

10:38 Paşinyan: ““Məxməri inqilabı” yarımçıq qala bilməz”



CƏMİYYƏT

...

Xaləddin İsgəndərovun milyonluq “Mixaylovka əməliyyatı” - Video, Fotolar

Tarix 05.01.18, 10:15

Font ölçüsü : - / +
bitmap-img6

Binəqədinin icra başçısı Bakıdan yığdıqlarını rayonda necə əmlaka çevirib...


Bakıda onu bir çoxları “ev sökən” icra başçısı kimi tanıyır.

 Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun belə tanınması əbəs deyil. İllərdir ki, mətbuat onun əlaltılarının Binəqədi ərazisindəki kənd və qəsəbələrdə “ev sökmə əməliyyatları” haqda xəbərlər yazır, tikinti icazələrinin hansı şərtlərlə verildiyini də az qala hər kəs bilir. Bilinən həm də odur ki, “sökmə əməliyyatı”na ümumi rəhbərliyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov həyata keçirir. Xaləddin İsgəndərovun 1-ci müavini İlqar Süleymanovun da adı tikinti-söküntü işlərində qırmızı xətlə keçir.

Sabiq vergilər naziri Fazil Məmmədovun kadrı olan İlqar Süleymanov rəsmi vəzifəsi ilə yanaşı Binəqədi rayonunda qeyri-rəsmi ağac kəsmələr, torpaq zəbti, hasarlanması işlərinə də baxır. Mətbuatda İlqar Süleymanovun 1 gecənin içində Zeytunluq deyilən ərazidə sonradan 1 milyon manata satılacaq irı torpağı zəbt edib hasarlaması haqda da xəbərlər var. Q.Bayramovla İ.Süleymanovun əlində toplanan qeyri-rəsmi pullar Xaləddin İsgəndərovun qardaşı oğlu Nicata ötürülür. Sonuncunun qardaşı Valehin də adı Binəqədidəki tikinti-söküntü məsələlərində toplanan pullara nəzarət edən şəxs kimi keçir. Valehlə bağlı yeni məlumatlardan biri də budur ki, o, kefinin yaxşı vaxtında telekanallardan birinin məşhur aparıcılarından birinə qiyməti 1 milyon manata yaxın villa bağışlayıb.

Belə məlumatların mətbuatda bol olduğu bir vaxtda Xaləddin İsgəndərovun qurub-yaradan icra başçısı kimi tanınması heç ağlabatan da görünmür. Sən demə, belə deyilmiş...

2 ünvan üzə çıxıb ki, oralarda Xaləddin İsgəndərovu başqa tərəfdən tanıyırlar. Bu ünvanlardan biri Xaləddin İsgəndərov doğulub boya-başa çatdığı Goranboyun Xanqərvənddə, digəri isə istirahətini keçirdiyi Göygöl rayonunun Mixaylovka kəndindədir. Bakıdan uzaq olan bu ünvanlarda icra başçısı sah saraylarını xatırladan mülklər inşa etdirib. Bəli, bəli məhz inşa etdirib, sökdürməyib.

Bu məlumatları eşitdik və yerindəcə yoxlamaq üçün həmin ünvanlara yollandıq. Xanqərvənddə İsgəndərovların mülklərini axtarmaq üçün çox da vaxt sərf etməzsən. Yolun bir tərəfində uçuq-sökük, nə vaxtsa məhəllə dükanı olmuş qapı-pəncərəsi sınıq-salxaq balaca hücrə var, bir balaca qarşıda isə böyüklüyü, nəhəngliyi diqqəti cəlb edən mülk gözə çarpır. Bir qədər irəlidəki Xanqərvənd kənd orta məktəbi belə icra başçısının bir neçə il əvvəl tikdirdiyi mülklə bəhsə girməz.

Sakinlər deyirlər ki, Xaləddin İsgəndərovun burada da ilk işiməhz sökmək olub. İşə sanki Binəqədidə kasıb bir kişinin evini sökürmüş kimi başlayıblar. Başçı Xanqərvənddəki ata evini gün yarıma özülünə qədər sökdürüb. Qısa bir müddətdə ərazidən köhnə evin qalıqları ağır tonnajlı yük maşınlarına yüklənərək naməlum istiqamətə daşınıb. Əraziyə ölkənin dörd bir tərəfindən bahalı tikinti materialları daşınıb, az sonra adi bir kənd evinin yerində nəhəng bir mülk ucaldılıb. Köhnə hasar da uçurularaq əvəzində “Çin səddi” inşa edilib, Bakıda iri bir darvaza sifariş olunaraq  Xanqərvəndə İsgəndərovların mülklərinə gətizdirilib. İndi hər kəs Xanqərvənddə X.İsgəndərovun necə varlanmasını və hansı miqyasda tikinti işləri aparmaq qüdrətinə çatmasını bu mülkə baxmaqla özü üçün aydınlaşdıra bilir.  Binəqədidə ev sökən kimi ad çıxaran başçı Xanqərvənddə mülk ucaldandan sonra istirahətini də sakit, gözəgəlimli bir məkanda keçirmək haqda düşünməyə başlayıb.

Deyilənə görə, həmin günlərdə Xaləddin İsgəndərov varlı-karlı iş adamlarının torpaq aldıqları məkanlarla maraqlanıb. Ona Göygöl rayonunun Mixaylovka kəndini nişan veriblər. İndi Mixaylovkaya hansı səmtdən getsən villaların arasında iri bir malikanə diqqətini cəlb edəcək. Həmin malikanəni kənardan görənlərdə “Bura bəs kimindir” sualı yaranır. Ora da  Xaləddin İsgəndərovundur. 

Əsasən tikinti işlərinin sıx aparıldığı yay mövsümündə Xaləddin İsgəndərovun qoçu dəstələri kənd-kəsəkdə ev söküb, pul qoparıb tikintilərə icazə verdiyi vaxtlarda başçı Mixaylovka kəndindəki malikanəsində istirahət etməyi xoşlayır. Dağlar arasındakı kəndin ən gözəgəlimli yerindəki malikanə sanki bir gözətçi qülləsidir. Haradan baxsan, onu görürsən. Onun bir neçə hektarlıq üzümlüklərlə əhatələnən malikanəsindəki sarayı Aşıqlı kəndindən Mixaylovkaya gedən yoldan belə diqqəti cəlb edir. Yerli sakinlər deyirlər ki, son illər Göygölə gələn turistlər bu malikanənin fonunda foto çəkdirir, buraları nağıllardan reallığa köçürülən məkan bilirlər. Mixaylovka həm də Göygöl rayonunun ən bahalı torpaq sahələrinin satıldığı kənd kimi də tanınır. Burada torpağın sotu Bakının bir çox rayonlarında satılan torpaq sahələrindən bahadır. Xaləddin İsgəndərovun Mixaylovkada bir neçə hektar torpağı hansı məbləğə satın almasını dəqiq söyləmək çətindir. Binəqədinin icra başçısının Mixaylovkadakı malikanəni təkcə maaşı hesabına əldə etmədiyi isə dəqiqdir.  Binəqədidə tikinti-söküntü işlərindən əldə olunan gəlirlərin bu məkanlara axıdıldığı da istisna deyil.(müsavat.com)





pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


CƏMİYYƏT

design-img

Vernisaj

Tramp: "İranla nüvə sazişi imzalanmamalı idi"

bitmap-img3

Rakurs

Lənkəranlı sahibkarlar prezidentdən kömək istədi

bitmap-img3

Seçmələr

Vergilər Nazirliyi və Gömrük Komitəsi razılaşdı - Kimlərə birgə nəzarət ediləcək?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru