Xəbər xətti

23 MAY

18:53 Şennak: “AŞPA-nın iyun sessiyasında Səməd Seyidovun yerinə başqası seçilməlidir”

18:46 Bakıda mənzildə 58 yaşlı kişinin meyiti tapılıb

18:40 35 klubla bağlı cinayət işi açıldı

18:35 “Həmsədrlərlə razılaşdıq ki, yaxın vaxtlarda görüşüb, prosesi bərpa edək”

18:30 Bakıda 200 manatlıq əsginas təqdim olundu - Foto

18:23 İbrahimbəyovdan xəyanətkar davranış - Əli Həsənov çağırış etdi

18:15 Təhsil müəssisələrinin təmiri və tikintisinə 40 milyon manat ayrılıb

18:10 Ağdamda 32 yaşlı kişi bıçaqlanıb

18:05 Vüqar Rəhimzadə: “Rüstəm İbrahimbəyovun damarında erməni qanı axır”

18:00 Qazaxıstan - Azərbaycan oyununun biletləri satışa çıxarılıb

17:56 Terror qruplaşmaları ayda nə qədər pul qazanır?

17:51 Fələstinlilərə Qüdsə getmək qadağan edildi

17:47 Ermənistanda deputat köməkçisi həbs edildi

17:42 I sinfə qəbul üçün müraciət edənlərin sayı açıqlandı

17:37 Gövhər Həsənzadə: “Müğənni bəstəkar ola bilməz”

17:33 ABŞ yəhudiləri iki yerə bölündü

17:29 “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

17:25 “36 xəstə dərmandan zəhərlənib”

17:21 Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”

17:17 Medvedev İlham Əliyevə məktub göndərib

17:14 “Park Bulvar”da 14 yaşlı qız itkin düşüb

17:11 Məşhur mağazanın işçilərinə hökm oxundu

17:06 Qubada ruhi xəstə avtomobil qaçırdı

17:02 ADB Azərbaycanla bağlı əsas strategiyasını açıqlayıb

16:58 Rusiya XİN: “NATO-dan kənar ölkələri ABŞ adam yerinə qoymur”

16:53 Arzu Əliyeva AXC ilə bağlı film çəkdi

16:49 ABŞ hamını “Liviya ssenarisi” ilə hədələyir

16:46 Cavad Zərif: “Pompeonun açıqlamaları əhəmiyyətsizdir”

16:41 Kanala düşən 80 yaşlı kişi xilas edildi

16:38 “Grand Hospital”dan çıxarılan həkimlər üsyan etdi

16:35 “Bakcell” karyera sərgisinə qatılıb

16:32 Türkiyə lirəsinin məzənnəsi sürətlə aşağı düşür

16:28 “Bəzi cizgi filmləri uşaqlarda aqressivlik yaradır”

16:24 Gömrükdə külli miqdarda araq müsadirə edildi

16:19 “Exchange”lər bazara niyə qayıtmır?

16:14 “Mənim bütün həyatım əzabla, zülmlə keçib”

16:10 AFFA Cavid Hüseynovu 3 oyunluq cəzalandırıb

16:06 “BakuBus”dan piyadanın vurulması ilə bağlı açıqlama

16:03 723 nəfərin tikintidə müqaviləsiz işlədiyi aşkarlanıb

15:57 Aİ Türkiyəyə əlavə 1,5 milyard avro ayıracaq

15:52 “Çox istərdim ki, hər bir azərbaycanlı buna münasibət bildirsin”

15:48 Oğuzda qadın itkin düşüb

15:44 Kənd Təsərrüfatı Nazirliyindəki korrupsiyanın kilid ismi - İlham Bayramov niyə vazkeçilməzdir?

15:40 İrəvanın Tiflislə münasibətləri gücləndirmək cəhdləri - Bu cəhd alınacaq?

15:36 Azərbaycan pasportu dünya reytinqində

15:32 Lavrov Qarabağa görə Mnatsakanyana zəng etdi

15:29 Azərbaycan-Aİ biznes-forumuna maraq artıb

15:25 Dilqəm və Şahbazın işinə Avropa Məhkəməsində baxılacaq

15:20 Dilənçilər vergiyə cəlb oluna bilər

15:16 Rusiya ABŞ-a 4 raketlə cavab verdi

15:11 Zidan: “Ronaldonu Salaha dəyişmərəm”

15:06 Cüdoçular federasiya prezidentinin kabinetini mismarladı

15:02 Tostu dəstəkləyən əsgər anası

14:58 Nyu-York Fond Birjasına qadın rəhbərlik edəcək

14:53 Amerika Neft İnstitutu: “Ölkədə neft ehtiyatları azalıb”

14:47 Gürcüstanda mobil telefonlar şəxsiyyət vəsiqəsini əvəz edəcək

14:42 “Paşinyanın Qarabağ bəyanatı yeni müharibəyə aparır”

14:38 “Akifə belə təklif, onu təhqir etməkdir”

14:34 Azərbaycanlı iş adamı Qırğızstandan deportasiya edilir

14:30 Zeedorf istefaya göndərildi

14:26 “Fələstinin Haaqa Məhkəməsinə müraciətinin hüquqi qüvvəsi yoxdur”

14:22 “Psixoloji yardım haqqında” qanun qəbul olunacaq

14:17 Zaxarova: “Rusiya Qarabağ probleminin tezliklə həllini istəyir”

14:13 “Bayıl sürüşmə sahəsinin yerləşdiyi yamacda həmişə təhlükə var”

14:09 Nazir İnam Kərimovdan daha bir kadr dəyişikliyi

14:05 AzTV sədri haqda 7 milyonluq iddia

14:01 Sabahın hava proqnozu

13:56 Paşinyan: “Aksiyaları dərhal dayandırın”

13:51 Region Liqasının ilk qalibi bəlli oldu

13:47 Rusiya İraqda yeni neft quyusu aşkarladı

13:44 Ərdoğan Nikolas Maduronu təbrik etdi

13:40 Parisi etiraz dalğası bürüdü

13:36 Zakir Həsənov NATO generalları ilə görüşdü

13:32 “Azyaşlıya kəbin kəsən din xadimləri var”

13:27 AFFA “Qəbələ”nin kapitanını 3 oyunluq cəzalandırıb

13:24 Rəqsanə: “Mənə pul buraxan insan olmayıb”

13:20 “Kapital” bankın bakomatlarında manat müəamması...

13:16 Oğuzda silahlı şəxslər saxlanılıb

13:12 Səhiyyə Nazirliyi: 338 min nəfərdə xəstəliklər aşkarlanıb

13:07 ƏƏSMN sistemindəki yeyintilərin kilid ismi: Əjdər Ol - İttiham

13:04 Çoxuşaqlı ailə məfhumu beşdən üçə endirilsin

13:00 “Abituriyentlərin intiharına görə mətbuat günahkardır”

12:55 Şəhid hərbçinin medalı ailəsinə təqdim olundu

12:52 Rusiyanın TANAP təşvişi: TANAP layihəsi ruslarda niyə qorxu yaradır?

12:48 Banklardan oğurlanmış milyonlarla vəsait donduruldu

12:46 Səlim Müslümovun kadrları: Əsədovalar yeni naziri “ram“ edə biləcəkmi?

12:45 Hadı Rəcəbli: ““Facebook” ailələri dağıdır”

12:41 Qazaxıstanın millimizlə oyun üçün heyəti açıqlandı

12:37 Cəlilabadda büdcə pulları qarət olunur

12:33 Nazir aparat rəhbərini işdən azad etdi

12:29 Deputat: “Qız qaçırma insan oğurluğu deyil”

12:26 Hadi Rəcəbli: “Məni niyə təhqir edirlər?”

12:23 Hər il qeyri-rəsmi nikahdan 2000-ə yaxın uşaq doğulur

12:18 Bill Geytsdən yay mütaliəsi üçün məsləhət

12:15 Yeni nazir İnam Kərimov Əbülfəz Məlikovu çək-çevirə sala bilər

12:11 Özünü lallığa vurub casusluq edən azərbaycanlı

12:07 Səhərlər daim yorğun olanlara xəbərdarlıq

12:03 Xalq artisti: “Uşaqlarımı az görürəm”

12:00 29 yaşlı oğlan intihar etdi

11:56 Nazirliklərdə boşalan yüksək postlar

11:53 “Azərbaycanda boşanma hallarının sayı 2 dəfə artıb”

11:48 4 ayda Azərbaycana 847 midən çox turist gəlib

11:45 Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır

11:41 “Dini kəbinkəsmə hüquqi əhəmiyyətə malik deyil”

11:37 Erməni hərbçi postda ölü tapıldı

11:33 “O, Bakının riyakar və etibarsız müttəfiqidir”

11:30 “TANAP Azərbaycan və Türkiyənin mövqelərini daha da gücləndirəcək”

11:26 Qızıl ucuzlaşıb

11:22 Tiflisdə itkin düşən azərbaycanlı tələbə tapıldı

11:19 Bərdədə maşın piyadanı vurdu

11:16 Xaricdə pulsuz təhsil bərpa edilsə, nə baş verəcək?

11:12 ABŞ Paşinyana 140 milyon dollar ayıracaq

11:09 ABŞ İranı içdən dağıtmaq istəyir - Təhlil

11:05 Əkilməyən torpaqlar geri qaytarılır

11:01 Azərbaycanlı aktrisa modellik edəcək

10:57 “May ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb”

10:54 Amerikalı yazıçı vəfat edib

10:50 Narkotik maddələr becərən şəxslər tutuldu

10:47 Cavid Qurbanov: “İndi adam balası kimi işləyirlər”

10:42 Ötən gün axtarışda olan 22 nəfər saxlanılıb



ÖLKƏ

...

Xaləddin İsgəndərova seçki öncəsi sabotaj ittihamı

Tarix 12.02.18, 9:03

Font ölçüsü : - / +
bitmap-img6


İcra başçısının adamları vətəndaşların qanuni sənədlərini saxta elan edib pul istəyirlər; ahil qadın rüşvət vermədiyi üçün evi traktorla darmadağın edilib...


Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun “qoçu dəstələri”nin qanunsuzluqları sərhəd tanımır. 

Yada salaq ki, fevralın 7-də özünü Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin əməkdaşı kimi təqdim edən Rəfael adlı şəxs başının dəstəsi ilə 99 saylı sahədə yerləşən Ceyran Alışan qızı Rəfiyevanın evinə hücum edib. Onlar ahıl qadının əlindəki və dövlət orqanlarının verdiyi tikintiyə aid sənədlərinə məhəl qoymayaraq hasarını uçurublar, ondan 7 min manat rüşvət tələb ediblər. Bu haqda İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov youtube kanalında çıxış edib. Hadisə yerinə gedərək sökülmüş hasarın fonunda mülk sahibi Ceyran Rəfiyeva ilə baş verənləri anladıblar. Bu haqda “Yeni Müsavat”ın ötən sayında  “Binəqədinin icra başçısına yeni rüşvət ittihamları” sərlövhəli yazı dərc etmişdik.

Bundan sonra Rasim Məmmədova, vətəndaşa Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, tikintiyə aid sənədlər qanunidir, tikinti apara bilərlər, heç bir problem yaradılmayacaq. Vətəndaş tikintiyə aid eskizə əsasən evin 1-ci mərtəbəsini ucaldıb. Rasim Məmmədovun özünü isə Binəqədi Rayon İcra Hakimiyyətinə tikintiyə aid sənədlərlə bağlı söhbətə dəvət ediblər. Həmin vaxt isə Xaləddin İsgəndərov təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramovu başının dəstəsi ilə 9-cu sahəyə göndərib və ahıl qadının dövlət orqanlarının verdiyi sənədlər əsasında tikdirdiyi evini trakrorla söküb yerlə bir ediblər.  Əraziyə Qüdsü Bayramovun başçılığı altında Elgün, Pərviz, Arif, Zaur, Rəfael və Orxan şəxslər göndərilibmiş.

fotomemmed.JPG (28 KB)

R.Məmmədov baş verən qanunsuzluqlarla bağlı “Yeni Müsavat”a bunları deyib: “2-3 gün idi ki, Xaləddin İsgəndərov ən müxtəlif adamlara zəng etdirib məni bu işdən geri çəkilməyimi istəyirdi. Zəng edənlər arasında xahiş edənlər də, hədə-qorxu gələnlərdə vardı. Mən də Xaləddin İsgəndərovun sözünü çatdıranlara dedim ki, biz vətəndaşın qanunla müəyyən edilən, Konstitusiya ilə qorunan hüquqlarının pozulmamasını, tapdanmamasını istəyirik. Bizim təşkilatın əsas məqsədi, məramı qanunların pozulmamasıdır. Fevralın 10-da 16:00-da YAP-ın Binəqədi Rayon Təşkilatının həyətindəki cay evində Xaləddin İsgəndərovun müavini Vüsal İsmayılovla oturub vətəndaşa verilən sənədlərlə bağlı müzakirə aparırdıq. İcra başçısının müavini 3 min manat rüşvət təklif elədi, stolun üstünə salfetkaya bükülmüş bağlama qoydu. Ona bildirdim ki, təşkilatımızın fəaliyyəti kimlərdənsə pul qoparmaq üçün deyil, vətəndaşlara xidmət etməkdir. Səhv edib bizə rüşvət təklif edirlər”.

222sa.JPG (26 KB)

R.Məmmədov deyib ki, Vüsal İsmayılovla söhbət etdiyi zaman vətəndaş Ceyran Rəfiyeva ona zəng edib: “Dedi ki, Xaləddin İsgəndərov təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramovu başının dəstəsi ilə göndərib və evini traktorla dağıdıb, yerlə bir ediblər. Əraziyə Qüdsü Bayramovun başçılığı altında Elgün, Pərviz, Arif, Zaur, Rəfael və Orxan göndəriliblər. Vüsal İsmayılova dedim ki, qanunsuz hərəkətlər etməklə ölkə rəhbərliyinin yeritdiyi siyasətə qarşı çıxırsız, prezident seçkiləri öncəsi vətəndaşları dövlətdən narazı salırsız. Şəxsi mülkiyyətdə olan torpaqda 1-ci mərtəbəsi tikilmiş evi uçurmaq cinayətdir, Azərbaycan Konstitusiyasını ayaqlar altına atıb tapdamaqdır. Xaləddin İsgəndərova bu səlahiyyəti verən olmayıb, bu özbaşınalıqdır. Təşkilatımız məhkəməyə, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edəcək və qanunsuzluq edənlərin cəzalandıırlmasını tələb edəcəyik”.

Rasim Məmmədov Xaləddin İsgəndərovla baş verənlərdən 20 gün əvvəl Heydər məscidinin yanında görüşdüklərini və tikintinin aparılması ilə bağlı müzakirə apardıqları söylədi: “Xaləddin İsgəndərov şəxsən özümə bildirdi ki, vətəndaşın sənədləri düzdür, gedib tiksin. Vətəndaş tikintiyə başladı, 3 gün sonra, yəni fevralın 6-da  Xaləddin İsgəndərov ora adam yolladı, dedi ki, işi dayandırın. Guya hansısa sənədlər yoxdur, it-bata düşüb.  Sənədləri də təqdim etdik. Hacıbala Abutalıbovla da görüşüb ondan xahiş etdik ki, qanuni aparılan tikintiyə maneçilik törədilməsinin qarşısını alsın. Hacıbala müəllim vətəndaşın ərizəsinin üstünü yazdı. Bundan sonra tikinti aparıldı. Bu dəfə Xaləddin İsgəndərov əraziyə Rəfael adlı bir nəfəri göndərmişdi. O gəldi, üstünü Hacıbala Abutalıbovun yazdığı ərizəyə baxıb dedi ki, ərizə saxtadır və evi uçurtdu. Bundan sonra biz müraciətlər elədik. Tikinti aparılmasına dair sənədləri təqdim etdik. Dedilər vətəndaş evini tiksin, sənədlər qanunidir. Bundan sonra da belə bir qanunsuzluq etdilər. Bu Azərbaycanda ulu öndərin ideyalarına qarşı böyük təhlükələrin olmasının göstəricisidir”.

qoca.JPG (39 KB)

Rasim Məmmədov deyib ki, vətəndaş Binəqədi rayonu, Biləcəri qəsəbəsində 3 sot yarım sahə alıb və özəlləşdirib. Bütün strukturlardan keçərək mülkiyyət hüququ alıb və ev tikintisinin eskizini çəkdirib. Binəqədi Rayon İcra hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin rəsmiləri isə tikinti aparmaq üçün vətəndaşdan 7 min manat rüşvət tələb edirlər. Bu pulu vermədiyinə görə əmlakına qəsd törədilib.

R.Məmmədov bildirib ki, İctimai Nəzarət Koalisiyası  ölkə rəhbərliyinə müraciət edərək Biləcəri qəsəbəsində baş verən özbaşınalıqlarla bağlı tədbir görülməsini xahiş edəcək, müvafiq sənədlər, video, foto-materiallar da təqdim olunacaq. 

Məsələ ilə bağlı adı hallanan hər kəsi, o cümlədən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun da mövqeyini dinləməyə, dərc etməyə hazırıq. (Yeni Müsavat)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ÖLKƏ

design-img

Vernisaj

Nazir İnam Kərimovdan daha bir kadr dəyişikliyi

bitmap-img3

Rakurs

“Avtomatla gəlib, bahalı atlarımı apardı” - Polis rəisinə ittihamlar, Video

bitmap-img3

Seçmələr

Sabiq nazir 50, aparatının rəhbəri 36 milyon ödəyib

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru