Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalasıgildə gecələyən gəlin


Günlərin bir günü mən çağırdılar televiziyaya


Məşhur bir şou verilişinə. Dedim, qoy bir gedim verilişə, kəndim məni görsün, eyni açılsın. Ədəbiyyat verilişlərində nə qədər şeir oxuyuram, kənddə yaşayan qohum-əqrəbadan elə bil heç kəs məni görmür. Elə ki, belə verilişlərə çıxıram, telefonum kəsib-kirimir, hamı zəng eləyir ki, əmioğlu səninlə fəxr edirik. Beş-altı ay məni belə verilişlərdə görməyəndə zəng dalınca zəng gəlir ki, bəs hardasan, gözümüz yolda, könlümüz intizardadır, niyə televiziyaya çıxmırsan, əgər ehtiyacın varsa, qoyun, quzu, keçi kəsib göndərək, nə deyirsən eləyək, təki səni televiziyaya buraxsınlar.
 
Televiziyalarda belə xasiyyət var. Zəng vurub səni bugünkü verilişə çağırırlarsa, bil ki, kiminsə yerinə çağırırlar, dəvət elədikləri qonaq gəlməyib. Ölmüşdü Xankişi. Belə zənglərə birdəfəlik “yox” deyirəm. Gərək mənə zəng 3-4 gün qabaqdan ola. Onda bilirəm ki, məni seçib və sayıb çağırırlar. Gedirəm, otururam ekspertlərin sırasında. Nə görsəm, nə eşitsəm, nənəm demiş, yığıram dənliyimə.
 
Əsas odur ki, burda mən “qol” vurmaq üçün mövqe seçirəm, yəni fikirləşirəm ki, bu hadisədən çıxış yolu hansı tərəfdəndir, hansı tərəfdə dayanmaq olar ki, orijinal görünəsən, kəndin sənə əl çala, alqışlaya, bax mən belə danışıq məqamlarını tez tuturam. Ona görə ki, həm yazıçıyam, həm psixoloq, həm də müəllim. Sandıqda 3-4  diplomum qət təzə durur.
 
Məsələn, verilişlərin birində belə bir “oyunum” oldu, yəni bu verilişi çox gözəl oynadım. Mənim üçün veriliş də tamaşadı gərək ekspert rolunu gözəl oynayasan, sözlərini elə  oradaca yazasan. Əvvəl gərək bir az gərginlik yaradıb, sonra ustalıqla onu aradan götürəsən. Bu da mənim əlimdə su içmək kimi bir işdi.
 
Verilişin mövzusu bu idi ki, cavan bir gəlin evdən qaçıb. Özü də gəlinin neçə yaşı olsa yaxşıdır? On səkkiz. Gözəl-göyçək bir gəlin. Su sonası, soyulmuş yumurta. Nə bilim, elə bil Allah-təala bu gəlini gecə vaxtı ər evindən qaçmaq üçün yaradıbmış. Xüsusən də onu gətirib çıxardıbmış bizim “axtarış” verilişinə.
 
Gəlinin əri də burdadır. Hərəsi zalın bir tərəfində. Aparıcı elan etdi ki, bu gəlin gecə vaxtı ərini yataqda qoyub, evdən qaçıb. Hamının içindən bir uğultu keçdi, hamının içində seksual bir fikir oyandı ki, bəs gəlin gecə vaxtı qaçanda harda gecələyib, kimin evində qalıb? Qadınlı-kişili hamımızın gözləri dirəndi 18 yaşlı gəlinə. İttihamlar başladı, nə başladı.
 
Qadın ekspertin biri dedi:
 
- Sən gözəl-göyçək bir gəlinsən, yanağından qan damır (sözə bax ha) gecə vaxtı evdən niyə qaçmısan? Ərin də yuxudan durub səni tapmayıb (yenə atmacaya bax).
 
Gəlin deyir:
 
- Dözə bilmədim ərimin təhqirlərinə.
 
Bilirəm ki, ekspert ürəyində hansı niyyəti tutub. Ona görə də keçir birbaşa mətləbə:
 
- Gecə harada və kiminlə qalmışdın?
 
Gəlin dinmir.
 
Ekspert qışqırır:
 
- Sən qəşəng bir gəlinsən, gecə harda, kimin evində qalmışdın?
 
Gəlin dinmir. Hamının gözləri gəlinə dikilib.
 
Başqa bir ekspert:
 
- Telefonun var?
 
Gəlin dinmir.
 
Bir başqası:
 
- Neçə yaşın var?
 
Gəlin dinmir.
 
Yenə bir başqası:
 
- O, evdən tək getməyib. Onu kimsə aparıb.
 
Zal içini çəkir. Artıq vəziyyət gərginləşir. Suallar yağır. Əvvəlki ekspert əyilib qulağıma deyir:
 
- Bunu yüz faiz hansısa bir kişi aparıb.
 
Oğlana, yəni qızın ərinə suallar başlayır.
 
- Sonra sən arvadını haradan tapdın?
 
- Dəmir yol vağzalından.
 
Yenə hamı zalda içini çəkir. Hərə öz ürəyində “qurdunu” öldürür. Seksizmdən əziyyət çəkənlər öz düşüncələrini cavan gəlinin üstündə bərqərar edirlər.
 
Yenə əvvəlki ekspert (deyəsən, bu adam uzun müddət məhkəmə orqanlarında işləyib) gəlinin üstə qışqırır:
 
- Səni evdən kim qaçırmışdı, harada və kimin evində qalmışdın?
 
Gəlin cavab vermir, elə hey ağlayır.
 
O saat içimdə “artıq  oyun başladı” – deyib, cavan gəlinə hazır cavab ötürürəm:
 
- Xalasıgildə qalmışdı...
 
Gəlin o saat atdığım cavabı (topu) göydə tutur:
 
- Hə, xalamgildə qalmışdım.
 
Tez hüquq əsilli ekspert hirsli-hirsli:
 
- Xalangil harda yaşayır? - gəlindən soruşur.
 
Gəlin dinmir, yenə ağlayır.
 
O saat düşünürəm, bu dəfə rolumu lap əla oynamalıyam:
 
- Əhmədlidə yaşayır.
 
O saat gəlin deyir:
 
- Əhmədlidə yaşayır.
 
Ekspert:
 
- Ora hansı marşrutla getmişdin?
 
Mən:
 
- Metro ilə.
 
Gəlin:
 
- Metro ilə getmişdim.
 
Nə deyirəmsə, gəlin dediklərimi təkrarlayır. Hamı elə bilir, gəlini mən qaçırmışam...
 
Nə deyirlər-desinlər, amma mən bir insanı adamların əlindən xilas edirəm.
 
Çünki sonunda bəlli olur ki, gəlin doğrudan da xalasıgildə qalıbmış...

Qəşəm Nəcəfzadə(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar