Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xadimə ana xanəndə qızını bıçaqlayıb


Bakı Ağır Cinayətlər Məhkəməsində dogma qızını bıçaqlamaqda ittiham olunan 42 yaşlı Aynurə Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb


 Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, A.Rüstəmova ötən ilin yayında 25 yaşlı qızı Cəmalə Həmidovaya bıçaqla xəsarət yetirib. Buna səbəb qızının ondan icazəsiz çimərliyə getməsi olub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

A.Rüstəmova hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimlan tədbiri seçilməyib.

İki qız anası olan A.Rüstəmova ona elan olunmuş ittihamla özünü təqsirli bilib. Həyat yoldaşının xəstə olduğunu, qızı ilə aralarında mübahisə yarandığını, daha sonra isə məlum hadisənin baş verdiyini deyib.

İstintaqa verdiyi ifadəsində A.Rüstəmova həyat yoldaşından ayrı yaşadığını, evlərdə xadiməlik etdiyini, uşaqlarını əziyyətlə böyütdüyünü deyib. Hadisənin baş verməsinə gəlincə isə Cəmalənin özbaşına çimərliyə getməsi ananın bıçağa əl atmasına səbəb olub: “Axşamtərəfi çimərliyə getdi, oradan gec qayıtdı. Soruşdum ki, niyə icazəsiz çimərliyə getmisən, üstəlik gec gəlmisən? Qızım mənə qulaq asmadı, bıçaqla vurdum".

A.Rüstəmova ifadəsində qızı Cəmalənin xanəndə olduğunu, hazırda işləri ilə əlaqədar Türkiyədə səfərə getdiyini, yanvarın 20-dən sonra ölkəyə gələcəyini bildirib: “Özü də gəlib məhkəmədə ifadə verəcək, hadisənin necə baş verdiyini söyləyəcək".

Hakim qeyd edib ki, zərərçəkmiş Cəmalə Həmidova növbəti məhkəmə iclasına gəlməsə, onun barəsində məcburi gətirilmə qərarı çıxarılacaq.

Məhkəmə prosesi yanvarın 23-də davam edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar