Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaçmazda aşkarlanan at ətləri zərərsizləşdirilib


Xəbər verdiyimiz kimi, iyunun 7-də alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Xaçmaz Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə Xaçmaz rayonun Çağacuq çayı ərazisində reyd keçirilib


Bu barədə Strateq.az-a DBNX-dən verilən məlumata görə,  reyd zamanı saxlanılan “Mercedes” markalı 99-DV-211 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən onun yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan və sağlamlığına dair heç bir sənədi olmayan, sümükdən ayrılmış 250 kq (iki yüz əlli ) çəkidə heyvan əti aşkar olunub:

“Aşkar edilən ətin qida üçün yararlığını və mənşəyini müəyyənləşdirmək məqsədi ilə nümunələr götürülərək müayinə məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələri başa çatıb.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən isə həmin ətlərin keyfiyyətsiz at əti və insan qidası üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, keyfiyyətsiz, baytarlıq-sanitariya cəhətdən yararsız olan, “Mercedes” markalı 99-DV-211 dövlət nömrə nişanlı avtomobilin yük yerində aşkarlanan, Xaçmaz şəhəri, M.F.Axundov küçəsi 94 ünvanında yaşayan Niçkur Musa İsa oğluna məxsus olan və müvəqqəti saxlama kamerasına yerləşdirilən, 9 ədəd qara rəngli, insan qidası üçün nəzərdə tutulmayan polietilen torbaya yığılan ümumi çəkisi 250 kq olan sümüksüz at ətinin zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq sümüksüz at əti baytarlıq mütəxəssislərinin nəzarəti altında Xaçmaz rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriliib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar