Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN daha bir erməni yalanını ifşa etdi

Ermənistan KİV-in Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin hər hansısa bir sənədinin BMT-nin saytında yerləşdirilməsi barədə xəbəri yalan və dezinformasiyadan başqa bir şey deyildir


Bu barədə XIN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.

Onun sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti bu kimi ucuz vasitələrlə ilk növbədə Ermənistan ictimaiyyətini aldatmağa çalışır: "Bu kimi yalanlar ifşa olunduqca Ermənistanın dövlət media resursları xəbərin başlığını redaktə edərək yeni formada verməyə çalışırlar. Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi üzv dövlət olaraq məktubla müraciət edir və bu məktubun əlavəsi kimi qondarma rejimə aid hər hansısa bir kağız parçasını əlavə edir. Ermənistanın bu hərəkəti BMT üzv dövlətlərinə, BMT nizamnaməsinə hörmətsizlikdir. Təyinatına gəldikdə isə bu kimi kağız parçaları BMT-də ətraf mühiti qorumaq üçün makulatura məqsədilə istifadə olunur".

Qeyd edilir ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi BMT-nin katibliyi və BMT üzv dövlətlərini Ermənistanın bu kimi qeyri-ciddi fəaliyyəti barədə məlumatlandırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar