Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN Dağlıq Qarabağda çıxış etmiş musiqiçiləri “qara siyahı”ya salacaq


“İtaliya və Sloveniyadan olan musiqiçilərin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərləri Azərbaycanın bu ölkələrdəki səfirlikləri tərəfindən araşdırılacaq, həmin ölkələrin müvafiq strukturlarına sorğular göndəriləcək”


 Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

 Dağlıq Qarabağdakı separatçı rejimin dəvəti ilə “Sülh naminə incəsənət” layihəsi çərçivəsində italiyalı pianoçu və dirijor Luka Ferini, sloveniyalı klarnet ifaçısı Yoje Kotar və skripkaçı Çrtomir Şişkoviçin Şuşadakı rəssamlıq muzeyində konsert proqramı ilə çıxış etməsinə münasibət bildirən H. Hacıyevin sözlərinə görə, aparılan araşdırma nəticəsində həmin şəxslərin adları "arzuolunmaz şəxslər" siyahısına salınacaq: “Musiqi və incəsənət sülhə xidmət etməli olduğu halda, müəyyən maddi maraqlar naminə sözügedən əcnəbi musiqiçilərin Ermənistanın təbliğat maşınının alətinə çevrilmələri, işğal olunmuş ərazilərdə, o cümlədən Şuşa şəhərində Azərbaycan xalqının maddi-mədəni irsinə qarşı törədilən vandalizm siyasətinin ört-basdır edilməsinə xidmət etmələrini kəskin şəkildə qınayırıq. Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulmasıdır. Bu kimi qanunsuz fəaliyyət hüquqi məsuliyyət ehtiva edir”.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar