Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN-də geniş tərkibli iclas keçirilib

Bu gün xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə xarici işlər nazirinin müavinləri, kollegiya üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər, XİN-nin idarə və struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib


XİN-dən verilən məlumata görə, iclasda xarici işlər naziri Elmar Məmmədyarov prezident İlham Əliyevin sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunmuş Ramiz Həsənovu təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir Elmar Məmmədyarov Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil, tarazlaşdırılmış və çoxistiqamətli xarici siyasət yürütdüyünü qeyd edərək dövlət başçısı tərəfindən XİN-nin qarşısında qoyulmuş vəzifə və tapşırıqları diqqətə çatdırıb.

İclasda 2019-cu ilin Azərbaycanda diplomatik xidmətin yaranmasının 100 illik yubileyinin olduğu qeyd olunub.

Xarici işlər nazirinin müavini təyin olunmuş Ramiz Həsənov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib, Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri kimi vəzifələrdə çalışıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar