Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN:“Nalbəndyan hörmətsizlik nümayiş etdirir”

“Ermənistan xarici işlər nazirinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bu cür həqarətli münasibəti dövlət olaraq Ermənistanın əsl simasını, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT nizamnaməsinə hörmətsizliyini nümayiş etdirir”


Bu sözləri  açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşündə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O bildirib ki, Ermənistan BMT-nin üzvüdür və BMT nizamnaməsinə əsasən BMT TŞ-nın qətnamələrinin yerinə yetirilməsinə məsuliyyət daşıyır: “BMT nizamnaməsinə görə digər dövlətə qarşı gücdən istifadə, təcavüz və işğal əməllərinin törədilməsi qadağandır və beynəlxalq cinayətdir. BMT TŞ-nın qətnamələrinin tələbləri icra edilməyənə qədər gündəmdədir. ATƏT Minsk Qrupunun həmsədrlərinin mandatının əsasını məhz BMT TŞ-nın qətnamələri təşkil edir. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri BMT TŞ-nın daimi üzvləri olaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən yekdilliklə qəbul olunub, bu qətnamələrdə Azərbaycana qarşı gücdən istifadə edilməsi pislənilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsbit olunaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və tam çıxarılması tələb olunub”.

Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan xarici işlər naziri və onun digər həmkarlarının bu cür isterik, təşviş və saxta emosiyalarla dolu açıqlamaları Ermənistanda qarşıdan gələn seçkilər və onların öz gələcək taleləri ilə bağlı ciddi narahatlıqları ilə əlaqədardır: “Erməni xalqı, o cümlədən xaricdə yaşayan və özünü erməni diasporu adlandıran dairələr yaxşı başa düşürlər ki, Ermənistanın indiki hakimiyyəti Ermənistanı uçuruma, iflasa və yalnız xülyalarda olan müstəqillik və suverenliyə doğru aparır. Reallıqda isə Ermənistanın suverenlik və müstəqilliyindən əsər-əlamət yoxdur”.

Qeyd edək ki, ötən gün ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistana səfəri çərçivəsində onlarla görüşən xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanı əldə olunan razılaşmalara əməl etməməkdə ittiham edib./APA/

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar