Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

WhatsApp-ın zəng funksiyası mobil rabitə tariflərini ucuzlaşdıracaq



Azercell, Nar Mobile şirkətindən açıqlama gəldi


Düşünürəm ki, internet üzərindən atılan istənilən addımlar (messengerlər, WhatsApp zəng funksiyaları) mobil operatorları daha da ciddi düşündürməlidir. 

Oxu.Az-a bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “WhatsApp  zəng funksiyalarının işə salınması mobil rabitə operatorlarının gəlirlərinə təsir edəcəkmi?” sualına cavab olaraq bildirib.

Ekspertin sözlərinə görə, internet üzərindən atılan istənilən addım mobil rabitə operatorları üçün istənilən halda başağrısıdır:

“Düşünürəm ki, messenger, internet üzərindən yazışmalar bu mobil operatorlar üçün dolayısı dillə ifadə etsək başağrısıdır. Onların gəlirlərinə, bazarda mövqeyinə təsir edir və s. Bu sistem bütün dünyada da belədir, eləcə də Azərbaycanda da”.

“Düşünürəm əlbəttə, məsələn, necə ki, Skype istifadəçilərinin sayının artması stasionar telefonlarla bağlı məsələlərə təsir etdi və s. tarifləri endirdilər. Həmin şeylər də bu sahədə gözlənilə bilər” - deyə, Osman Gündüz bildirib.

Ekspert hesab edir ki, baş verən yeniliklər fonunda çox güman ki, mobil operatorlar da boş oturmurlar:

“Düşünürəm ki, yəqin mobil operatorlar da boş oturmurlar, onlar da əlavə yeni xidmətlər verməlidirlər. Buna oxşar xidmətlər verməli və ya internet üzərindən istifadəçilər üçün yeni aksiyalar, xidmətlər ortaya qoymalıdırlar ki, bazarda möhkəmlənə bilsinlər”.

Osman Gündüz bildirir ki, istənilən halda mobil operatorlar tariflərin qiymətini artırmayacaq.

Oxu.Az məsələ ilə bağlı mobil rabitə operatorlarının da fikirlərini öyrəndi.

Belə ki, “Azercell Telekom” MMC-nin mətbuat xidməti məsələyə bu cür ayınlıq gətirdi:

“Qeyd edək ki, şirkətimizin abunəçi bazası həcminə görə ölkədə ən geniş olmaqla WhatsApp sisteminin ölkədəki bazasından çox genişdir. Bundan əlavə, bizim şəbəkənin səsli zənglərinin keyfiyyəti WhatsApp sisteminin zənglərinin hazırkı keyfiyyətindən üstündür. Hər zaman olduğu kimi, şirkətimiz ölkədə yüksək keyfiyyətli telekommunikasiya xidmətlərini göstərməkdə davam edəcək. Tariflərlə bağlı hər hansı bir dəyişiklik olarsa, KİV bu barədə əvvəlcədən məlumatlandırılacaq” - deyə, şirkətin mətbuat xidmətindən bildirdilər.

“Azerfon” MMC-nin (Nar Mobile) İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi isə Oxu.Az-ın sualına bu cür yanaşma ortaya qoydu:

“Bu mövzunun yeni olduğunu nəzərə alaraq, aprel ayının 7-də keçiriləcək ənənəvi Mətbuat klubu toplantısında suallara daha ətraflı münasibət bildirməyi planlaşdırırıq”.

Qeyd edək ki, bir müddət əvvəl WhatsApp yeni zəng funksiyasını istifadəçilərin ixtiyarına vermişdi.

Belə ki, WhatsApp-ın yenilənmiş versiyasında “Zənglər” əlavəsi var, onun yardımı ilə istifadəçilər öz kontaktlarından istədiklərinə, əgər hətta zəngi “qəbul edən” tərəf yeni versiyanı yükləməyibsə belə zəng edə bilərlər. Zənglər avtomatik olaraq qadcetin sahibinin ekranına çıxır, hətta əgər qurğu aktiv olmasa belə. Zəngləri həm Wi-Fi, həm də mobil şəbəkə vasitəsi ilə etmək olar.

Bildirilir ki, bu funksiyanın tətbiqi mobil rabitə operatorlarının bazarına ciddi təsir göstərəcək, onların gəlirlərinin azalması ilə nəticələnəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar