Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vyana görüşü-müharibə faktoru aradan qalxdımı?


Qərb neft kəmərlərinə görə müharibə istəmir; Elxan Şahinoğlu: “Azərbaycanla Qərbin maraqları kəsişir”


AzərbaycanErmənistan prezidentləri arasında ABŞ, Rusiya, Fransanın xarici siyasət idarələri başçıları və ATƏT-in Minsk Qrupunun iştirakı ilə baş tutan Vyana görüşündən sonra müharibə faktorunun aradan qaldırıldığı barədə fikirlər dolaşır. 

Xüsusilə atəşkəs pozulan zonalarda kameraların quraşdırılması qərarının verilməsi bu fikirləri daha da möhkəmləndirib.

Vyana görüşündən sonra belə iddialar var ki, Rusiyahavadarı olduğu Ermənistandan daha çox Qərb regionda müharibənin olmasını istəmir. Əksər ekspertlər buna səbəb kimi neft kəmərlərini və Qərbin marağında olan digər sahələri göstərirlər. Çünki ABŞ başda olmaqla, Avropa dövlətləri yaxşı bilirlər ki, müharibə başlasa, ilk növbədə, neft kəmərlərinə təhlükə yaranacaq.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Vyana görüşü müharibə faktorunu aradan qaldırmayıb: “Növbəti görüşə qədər bu proses davam edəcək. Yəni hər iki tərəf atəşkəsə əməl edəcək. Gələn aydakı görüş nəticəsiz qalsa, Vyana görüşünün əhəmiyyəti itəcək. İyunun sonundakı növbəti görüşü gözləməliyik. Qərb dövlətləri Cənubi Qafqazda müharibə olmasında maraqlı deyillər, sabitlik istəyirlər. Çünki regionda gərginlik onlara da sərf etmir. Enerji və digər resurslar burada mühüm rol oynayır. Apreldəki döyüşlər bunu sübut etdi. Amma Azərbaycanın enerji layihələrindən daha çox torpaqlarının işğaldan azad edilməsində israrlıdır. Qərbin hazırda problemləri çoxdur. Onsuz da İraq, Suriya və digər yerlərdə müharibə ocaqları var. Cənubi Qafqazda da bir müharibə ocağı yaransa, Qərb üçün asan olmayacaq. AzərbaycanErmənistan arasındakı müharibənin nə ilə nəticələnəcəyini indidən düşünmək elə də çətin deyil. Çünki bu proseslərdə Rusiyanın marağı daha çox olacaq. Bu baxımdan Qərb müharibə istəmir və münaqişənin dondurulmasının tərəfdarıdır”.

Politoloq Azərbaycanla Qərbin maraqlarının üst-üstə düşdüyünü də qeyd etdi: “Əslində Azərbaycanla Qərbin maraqları kəsişir. Biz də uzunmüddətli atəşkəsə razıyıq, amma torpaqlarımız işğaldan azad olunduqdan sonra. Amma bu şəkildə davam edə bilməz. Torpağın işğalda qalsın, uzunömürlü sabitliyə razı ol, bu mümkün deyil”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar