Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vyana dünyanın ən yaşamalı şəhəri seçilib - 9-cu dəfə

Avstriyanın paytaxtı Vyana doqquzuncu dəfə “dünyanın ən yaşamalı şəhəri” seçilib.İnsan resursları üzrə beynəlxalq konsaltinq mərkəzi “Mercer” tərəfindən tərtib edilən ümumdünya reytinqində şəhərlər həyat keyfiyyəti standartlarına görə sıralanır


Azərtac xəbər verir ki, builki dünya şəhərlərinin yeni siyahısında ilk onluqda yenə də Avropa şəhərləri üstünlük təşkil edir. Həmin siyahıda Sürix 2-ci, Münxen 4-cü, Düsseldorf 6-cı, Frankfurt 7-ci, Cenevrə 8-ci, Kopenhagen 9-cu və Bazel 10-cu yerləri tuturlar. Qeyri-Avropa şəhərlərindən Oklend (Yeni Zelandiya, 3-cü yer), Vankuver (Kanada, 5-ci yer) və Sidney (Avstraliya, 10-cu yer) də ilk onluqda yer alıblar.

Dünyanın 231 şəhərinin qiymətləndirilməsi əsasında tərtib edilmiş həmin siyahıda şəhərlərin təklif etdiyi ictimai xidmətlər, tibbi və təhsil imkanları, infrastruktur və nəqliyyat, ekoloji durum və yaşıllıqlar, sosial-mədəni tədbirlər diqqət mərkəzində dayanır. Eləcə də hər bir şəhərdə kriminogen vəziyyət, ölkədəki sosial-siyasi inkişafın şəhərə təsiri də qiymətləndirmədə mühüm rola malikdir. Qiymətləndirmə dünyanın müxtəlif şəhərlərində beynəlxalq təşkilatlarda çalışan və ya uzunmüddətli ezamiyyətlərdə olan işçilər arasında aparılan sorğu əsasında tərtib edilir. Ümumilikdə 39 kriteriya üzrə dəyərləndirilmənin aparıldığı ümumdünya reytinqi artıq 20 ildir ki dərc olunur.

Təşkilatın eksperti Ulrike Hellenkamp bildirib ki, Vyana şəhəri ilk növbədə ictimai təhlükəsizliyin səviyyəsi, yaxşı təşkil olunmuş ictimai nəqliyyat şəbəkəsi və həmçinin mədəniyyət və asudə vaxtın təşkili üçün geniş və keyfiyyətli imkanlarına görə respondentlərin rəğbətini qazanıb.

Həyat keyfiyyəti araşdırmasında sonuncu yerdə son illərdə olduğu kimi yenə də İraqın paytaxtı Bağdad şəhəri dayanır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar