Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vurğun Əyyubla bağlı “bərpa qərarı” ləğv ediləcək


Müsavat müəmmalı qərarı araşdırır; AXCP-də isə RT sədri istefa verdi


“Vurğun Əyyubun Müsavat Partiyasına bərpası ilə bağlı Binəqədi rayon təşkilatının şurasının adından çıxarılan qərar araşdırılır”. 

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının bu barədə verdiyi açıqlamada deyilir ki, V.Əyyubla bağlı məsələ partiya müavinliyi tərəfindən araşdırılır və nizamnaməyə uyğun qərar veriləcək. Lazım gəlsə, bu məsələ Mərkəzi Nəzarət-Təftiş Komissiyasında da, Divanda da araşdırıla bilər: “Hər şey partiyanın nizamnaməsinə uyğun olacaq və burda başqa şey ola bilməz”.

Binəqədi rayon təşkilatının sədri Rauf Ağayev isə bildirdi ki, rayon təşkilatının şurasının və İdarə Heyətinin toplantısı keçiriləcək. Bir neçə şura üzvünün toplantı keçirib adını şura iclası qoymasına və qəbul etdiyi qərarlara münasibət ortaya qoyulacaq. 

Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynova isə APA-ya deyib ki, Vurğun Əyyubun Müsavat Partiyası üzvlüyünə bərpası ilə bağlı qərar araşdırılacaq və ləğv olunacaq. O bildirib ki, Müsavat Partiyasının Binəqədi rayon təşkilatının şura üzvlərinin mayın 19-da keçirilən iclasında nizamnamə pozuntusuna yol verilib: “Orada özbaşınalıq baş verib. Şura iclası rayon təşkilatının sədrindən xəbərsiz çağırılıb. Nizamnaməyə görə, şura ancaq rayon təşkilatının sədri tərəfindən çağırıla bilər və yaxud da növbədənkənar şuranı üzvlərin 3/1-i çağırıla bilər. Yəni göründüyü kimi, orada nizamnamə pozuntusu baş verib. Belə olan halda təbii ki, şuranın qərarına bir daha baxılacaq və ləğv ediləcək”.

Xatırladaq ki, mayın 19-da Müsavat Partiyasının Binəqədi rayon təşkilatının bir neçə şura üzvü toplantı keçiriblər. Toplantının şura iclası olduğunu bəyan ediblər və Vurğun Əyyubun partiyadan çıxarılması barədə iki həftə öncə özəyin verdiyi qərarı ləğv eləyiblər. 

Bu arada müxalifətin ikinci aparıcı təşkilatı sayılan AXCP-də də istefalar intensivləşib. Dünən daha bir istefa hadisəsi yaşanıb. 

AXCP Sumqayıt şəhər şöbəsinin sədri İsa Qurbanov partiya üzvlüyündən və tutduğu vəzifədən istefa verib. İsa Qurbanovun vəkili vasitəsilə yaydığı bəyanatda deyilir: “Bildirirəm ki, 17 mart 2015-ci il tarixdə hər hansı bir cinayət əməli (hərəkət və ya hərəkətsizlik) olmadığı halda, DİN-in BMCMİ-nin əməkdaşları tərəfindən həbs olunaraq, 151900151 №-li cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, mənə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və Nərimanov Rayon Məhkəməsinin 17 mart 2015-ci il tarixli qərarı ilə barəmdə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdir. Əminəm ki, mənə elan edilmiş ittihamda və barəmdə göstərilən qətimkan tədbirinin seçilməsində anlaşılmazlıq və yanlışlıq var. Bununla əlaqədar olaraq ümid edir və inanıram ki, tezliklə mənim işimə ədalətlə baxılacaq və pozulmuş konstitusion və digər hüquqlarım bərpa ediləcəkdir. Buna görə istintaqa heç bir kənar təsirlərin və bəzi dairələrin bu məsələyə siyasi don geyindirməsinin qarşısının alınması üçün AXCP Sumqayıt şəhər şöbəsinin sədrliyindən və AXCP üzvlüyündən istefa verdiyimi bəyan edirəm”.

AXCP-dən isə bildirilib ki, İsa Qurbanovun istefanı təzyiq altında verdiyi istisna deyil.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar