Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Bayramovdan Yunanıstanda keçirilən referenduma münasibət


Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramov Yunanıstanda keçirilən referenduma münasibət bildirib


Bununla bağlı V. Bayramov sosial şəbəkədə status yazıb. 

İqtisadçı alim qeyd edib ki, əslində referendumun nəticələri iqtisadi baxımdan nəyisə dəyişmir:

"Əslində, Yunanıstanda dünən keçirilən referendumun nəticələri həm yunanlar, həm də qədim qitənin digər üzvləri üçün iqtisadi baxımdan ciddi heç nə dəyişmirdi. Afina Brüsselə “yox” dedi. Amma hətta qədim filosofların vətənində kreditorlar üçün “isti külək” əssəydi də belə, qısa və hətta orta müddətli dövrdə tərəflər dönüş edə bilməyəcəkdilər. Böhran yunanları pulsuz qoyub. Ötən 5 ildə isə qərblilər Yunanıstanda bəzi adalardan tutmuş aparıcı dövlət şirkətlərinin səhmlərinədək özəlləşdiriblər. Deməli, beynəlxalq maliyyə qurumlarının və hətta Avropa Birliyinin “anti-böhran resepti” ölkəni “sıfır cəmli oyununu” iştirakçısına çevirib. Atılan istənilən addımın taktiki təsirləri ola bilər, strateji baxımdan oyunda nəticə dəyişməyəcək: Afinanın taboladan sıfırı və ya sıfırları silmək üçün nə iqtisadi gücü, nə də siyasi dəstəyi var. Böhran isə Yunanıstanda dominatlığını gücləndirən bir sıra aparıcı Qərb ölkələrinə öz hesablarına xeyili xallar yazmasına çoxdan imkan yaradıb.

Yunanıstanın Azərbaycan üçün strateji baxımdan əhəmiyyətli tərəfdaş olduğunu qeyd edən V. Bayramov daha sonra yazır:  "Bu ölkə Azərbaycanın əsas strateji qaz kəməri olacaq TAP-da istehlakçı və eyni zamanda tranzit ölkədir. Ölkəmizin sözügedən dövlətdə sərmayələri ilə Dövlət Neft Fondunun aktivlərinin ¼-nin avro və idarə olunan vəsaitlərinin 40 faizinin Avropa Birliyində saxlanıldığını nəzərə alsaq Yunanıstanda böhran başa çatmasında maraqlı olan ölkələrdən birinin də məhz Azərbaycan olduğunu desək yanılmazdıq. 

Gözlənilir ki, referndum nəticələri avronun dollara məzənnəsinə təsir göstərəcək. Doğrudur, bazardakı mövcud tarazlıq hələlik avropalıların pulunun kursunda çox kəskin azalmalara imkan verməyəcək. Eyni zamanda, Yunanıstan böhranın ölkəmizin strateji qaz kəmərlərinin reallaşmasına təsir edəcəyi gözlənilmir. Razılaşmaq lazımdır ki, bu təşəbbüslərin reallaşmasında Bakı və Brüssel qərarverici tərəflərdir. Afina sadəcə iştirakçıdır. Kəmərin əsas benefisarı olan İtaliya isə özünün enerji asıllığını yumşaltmaqda maraqlı görsənir.

Yunanıstan defoltunun Dövlət Neft Fondunun gəlirliliyinə mənfi təsir göstərməyəcək. Bir tərəfdən, fond artıq xeyli vaxtdır “avrsozulaşma” siyasəti aparır. Digər tərəfdən isə, bu defoltdan ABŞ və Almaniya səhmdarlarının qazanacağı gözlənilir. Sözügedən dövlətlədə səhmlərin qiymətində artımlar gözlənilir. Bu isə, okeanın o tayında vəsaitinin təxminə yarısını saxlayan Neft Fondu üçün yaxşı xəbər sayıla bilər. Referendum nəticələri Azərbaycan ilə Avropa arasında iqtisadi əlaqələrə da təsir göstərməyəcək. Bu qitəyə daha çox strateji məhsullar ixrac edən Azərbaycanın avro-idxalında həcm və qiymətdə hələlik hər hansı dəyişikliklərin olacağı gözlənilmir.

Beləliklə, Afinada yeni mərhələnin başlanğıcındadır: bu ölkədə hətta sabahı proqnozlaşdlrmaq çətin olsa da belə. Berlin və Parisdə isə təlaş hiss edilmir. Bu gün Parisdə baş tutacaq Almaniya və Fransa liderlərinin görüşündə səslənəcək bəyanatın mətni heç də fenosian hərifləri ilə yazılmayacaq". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar