Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Bayramov: “İranın qarışması Azərbaycanın maraqlarına cavab vermir”


İranla ABŞ arasında siyasi gərginliyin artması, Tramp hakimiyyətinin cənub qonşumuza qarşı yenidən sanksiyalar tətbiq etməsi regionda yerləşən bütün dövlətləri narahat edir. Müxtəlif mətbu orqanlarda ABŞ-ın yeni və daha da gücləndirilmiş sanksiyalarla kifayətlənməyərək, İranda hakimiyyəti devirmək üçün müxtəlif planlar hazırladığına dair məlumatlar yer almaqdadır


Yenidən başlanan sanksiyalar fonunda İran milli valyutasının kəskin dəyərsizləşməsi və  bahalaşma ölkə əhalisinin etirazlarına səbəb olub, müxtəlif yerlərdə kütləvi iğtişaşlar baş verib. Bu isə ABŞ-ın İranı daxildən vurmaq planı kimi qiymətləndirilməkdədir.

Bu versiyalar doğru olarsa - İranda daxili savaş başlanarsa, yaxud ABŞ-la gərginlik silahlı münaqişəyədək gedib çıxarsa, Azərbaycan üçün hansı iqtisadi problemlər yarana bilər?

Suala cavab verən iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, İranda hərbi münaqişənin olması Azərbaycana nə iqtisadi, nə də siyasi baxımdan sərf etmir: “İranla Azərbaycan arasında iqtisadi münasibətlər getdikcə inkişaf edir. Hətta bir çoxları üçün inanılmaz görünsə belə, mübahisəli yataqların birgə işlənməsi barədə razılaşma əldə olunub. İki ölkə arasında münasibətlərin yüksək inkişaf etdiyini nəzərə alsaq, aydın olar ki, İranda savaşın başlanması Azərbaycan üçün arzuolunan deyil”.

Ekspertin fikrincə, İranda savaş başlanarsa, bunun Azərbaycana birbaşa olmasa da, dolayı təsirləri ola bilər: “İran ərazisində milyonlarla azərbaycanlı yaşayır. Müharibə olarsa, onların bir qismi Azərbaycana miqrasiya edə bilər. Bu isə həm Azərbaycanın əmək bazarında, həm digər sektorlarda problemlər yaradar. Eyni zamanda investisiyaların cəlb edilməsi baxımından regionda ciddi bir risk formalaşacaq. Çünki müharibələrin, hərbi münaqişələrin olduğu regionlara investisiya ayrılması böyük risklər yaradır. Bu isə qeyri-neft sektoruna investisiyalar cəlb etməyə çalışan Azərbaycan və digər region ölkələri üçün ciddi problem deməkdir.

Digər tərəfdən, müharibə Şimal-Cənub nəqliyyat dəhlizini təhlükəli hala gətirəcək. Bu isə həmin dəhlizi aktivləşdirməyə çalışan Azərbaycan üçün əlverişli sayıla bilməz. Nəzərə alsaq ki, Azərbaycan dəhlizin tərkib hissəsi olan Rəşt-Astara dəmiryol xəttinin çəkilməsi üçün İrana 500 milyon dollar kredit ayırıb, müharibə variantının bu böyük layihəni yarımçıq qoyacağını söyləyə bilərik".

“Yeni Müsavat” olaraq bildirək ki, İranın siyasi rejimindən Azərbaycana yönəlik müəyyən gözləntilərimiz, umacaqlarımız olsa da, bu umacaqlar reallaşmayanda umu-küsülərimiz yaransa da bu ölkə bizim üçün strateji əhəmiyyətə malikdi. İran xalqı ilə Azərbaycan əhalisinin 90 faizi eyni din, məzhəb və müəyyən qədər də mədəniyyət daşıyıcısıdır. Orada müharibənin başlaması radikal dini məzhəblərin aktivləşməsinə gətirib çıxara bilər. İranda sabitliyin pozulması terror təşkilatları üçün münbit şərait deməkdi. Qonşuluğumuzda belə bir durum bizə də yaxşı perspektiv vəd etmir. Terrorun Azərbaycan ərazilərinə də keçə biləcəyi istisna deyil.

İraqda, Misirdə, Suriyada və başqa region ölkələrində ABŞ ordusunun hərbi müdaxiləsi adıçəkilən ölkələrdə terror qruplaşmalarının meydana gəlməsi ilə müşayiət olundu. Terror təşkilatları üçün qeyri-stabil ölkələr münbit şərait deməkdir. Bundan da ən çox zərərçəkən mülkü əhali olur.

Nəhayət, İran ərazisində 30 milyondan artıq azərbaycanlının yaşadığını nəzərə alsaq, müharibənin bizə hansı pis aqibət vəd etdiyini təsəvvür etmiş olarıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar