Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Volqoqradlı tələbələr Qaradağ rayonunda - Fotolar

Rus dilinin və mədəniyyətinin təbliğatı ilə bağlı Volqoqrad Dövlət Universitetinin könüllü tələbələrindən ibarət nümayəndə heyətinin “Vol QU Ryadom” təhsil layihəsi çərçivəsində Qaradağ rayonuna səfəri oktyabrın 2-də nəzərdə tutulub


Tədbirin məqsədi gənclər arasında mehriban qonşuluq ünsiyyətinin yaradılması, rus dilinə və mədəniyyətinə marağın artırılması, fikir mübadiləsi və müzakirələr aparılmasıdır. Səfər zamanı Volqoqrad Dövlət Universitetinin könüllü tələbələri Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olacaqlar.

Oktyabrın 2-də Lökbatan qəsəbəsi Heydər Əliyev Mərkəzində açılış tədbiri keçirilmişdir. Qonaqlar ilk öncə Heydər Əliyev Mərkəzi ilə tanış olmuş və daha sonra Mərkəzin akt zalında Lökbatan qəsəbəsində rus bölməsi üzrə təhsil alan şagirdlərlə birgə tədbir keçirilmişdir. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova tədbiri giriş sözü ilə açaraq, Qaradağ rayonu – Volqoqrad şəhərinin qardaşlaşmış əlaqələrindən bəhs etmişdir. 

Daha sonra Volqoqrad Dövlət Universitetinin müəllimi Svetlana Çubay, “Amor” təşkilatının Volqoqrad şəhəri üzrə nümayəndəsi Dünya Əhədova çıxış etmişdir.

Təqdimat mərasimi keçirilmiş, bədii hissə ilə Heydər Əliyev Mərkəzində tədbir yekunlaşmışdır. Daha sonra Lökbatan qəsəbəsində yerləşən Elxan Həsənov adına 139 nömrəli tam orta məktəbdə tədbir davam etdirilmişdir. Tədbir məktəblilər tərəfindən maraqla qarşılanmışdır.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar