Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vikipediya üzrə təlimlər başlayıb


Azərbaycan mədəniyyətinin Açıq Ensiklopediyada təbliği məqsədi ilə Vikipediya üzrə təlimlərə start verilib


"Report" xəbər verir ki, hazırda “İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə mədəniyyət sahəsi üzrə fəaliyyət göstərən bir sıra müəssisələrin əməkdaşları üçün Vikipediyaya dair təlimlər keçirilir.

Təlimlərin əsas məqsədi Vikipediyanın Azərbaycan bölməsində Azərbaycanla bağlı yaradılmış məqalələrin təhlil edilməsi, təhrif olunmuş məlumatların müəyyən edilməsi, dezinformasiyaların adekvat redaktəsi yönündə tədbirlərin görülməsi, aktual mövzulara, tarixi faktlara, hadisələrə və milli-mədəni irsimizə dair tarixi və elmi mənbələrə istinad edilən yeni informativ məqalələr toplusunun yaradılmasına dəstək göstərməkdir.

Təlimlər Vikipediya Açıq Ensiklopediyası üzrə peşəkar mütəxəssislər tərəfindən hazırlanmış GLAM (GLAM - Galleries, Libraries, Archives, and Museums) şəbəkəsinə daxil olan müəssisələrin hər biri üçün xüsusi təlim proqramı əsasında təşkil olunur.

Eyni zamanda “İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” İctimai Birliyi tərəfindən təlim çərçivəsində keçirilən müsabiqədə qalib gələn iştirakçılar hədiyyələr və birliyin sertifikatı ilə təltif olunacaqlar. Təlimlərdə iştirak edən müəssisələrin mütəxəssisləri arasında müsabiqənin keçirilməsi onların vikipediyada fəaliyyətinə stimul verəcək və iştirakçılar arasında müəyyən rəqabət yaradacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar