Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vidadi Zeynalovun məhkəməsində əmlakların siyahısı aranı qatdı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesinin şahidlərin gəlməməsisəbəbindən təxirə düşməsi barədə məlumat vermişdik


Həmin məlumatda məhkəmə prosesindən əvvəl həbsdə olan nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovun və “Aztelekom”un sabiq rəhbəri olmuş Məmməd Məhəmmədovun vəkilləri arasında mübahisə yaşanmasını da qeyd etmişdik.

Mübahisəyə səbəb bir neçə gün əvvəl Musavat.com saytında Vidadi Zeynalovun üzərinə həbs qoyulan ümumi dəyəri 43 milyondan çox olan 67 əmlakının siyahısının dərc edilməsi olub.

Məhkəmə prosesindən əvvəl Məmməd Məhəmmədovun vəkili Şahin Rəfiyev və Vidadi Zeynalovun vəkilləri Ceyhun Yusifov və Bəylər Məmişov arasında mübahisənin digər səbəbləri də məlum olub.

Bu barədə Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov musavat.com-a özü məlumat verib. Vəkilin sözlərinə görə, mübahisəyə səbəb Məmməd Məhəmmədovun vəkili Şahin Rəfiyevin onlara qarşı etirazı ilə başlayıb. 

C.Yusifov həmin etirazın səbəbini isə belə danışıb: “Vidadi Zeynalovun vəkilləri olaraq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək Məmməd Məhəmmədovun həbsindən sonra üzərinə həbs qoyulan əmlakının siyahısını aldıq. Vəkil olaraq bu bizim hüququmuzdur. Ancaq Məmməd Məhəmmədovun vəkili Şahin Rəfiyev isə etiraz edərək buna ehtiyac olmadığını deyir. Bunu bizə irad bildirdiyi üçün vəkil həmkarımızla aramızda kiçik mübahisə yarandı. Ancaq zənnimcə bu çox normal bir haldır və biz də vəkil olaraq bu addımı atmışıq. Səbəbini isə məhkəmə istintaqı davam etdiyi üçün açıqlaya bilmərəm. Hətta bir neçə gün əvvəl sizin saytınızda Vidadi Zeynalovun üzərinə həbs qoyulmuş əmlaklarının siyahısı da dərc edilmişdi. Bunu da normal qarşılayırıq. Mətbuat bu məlumatı əldə edib və yayıb”.

Məlumat üçün bildirək ki, “Rabitə işi”nə görə həbs edilən hər bir şəxsin əmlaklarına həbs qoyulub. Ancaq Məmməd Məhəmmədovun əmlaklarının üzərinə qoyulan həbs sonradan götürülüb. Həbs qərarının ləğv edilməsi isə Məmməd Məhəmmədovun “Aztelekom”un rəhbəri olduğu müddətdə mənimsədiyi qeyd edilən məbləği ödəməsi olub.

Məmməd Məhəmmədov ötən məhkəmə proseslərindən birində dəymiş zərəri hansı pullarla ödəməsini belə izah etmişdi: “Dostlarım sağ olsun. Həmin məbləği onlar ödəyiblər”. 
Xatırladaq ki, Vidadi Zeynalovla Məmməd Məhəmmədovun vəkilləri arasında məhkəmə prosesləri zamanı tez-tez mübahisələr baş verib. 

Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar