Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vidadi Zeynalovun kabinetindən rus çarlığına aid xəzinə tapılıb

Bir neçə gün əvvəl Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun iş otağından əsl xəzinə tapılıb


Etibarlı mənbədən «Bizimyol.info» saytına verilən məlumata görə, axtarışlar zamanı yüksək çinli məmurun qızı əşyalara böyük marağının olduğu ortaya çıxıb.

 Belə ki, iş otağından xeyli sayda Çar Rusiyası dövrünün qızıl onluqları, iyrimibeşlikləri, Azərbaycanın müstəqilliyinin 10 illiyi münasibəti ilə buraxılmış qızıl sikkələr, 5 ədəd İsveçrənin ən məşhur firmalarının istehsalı olan qızıl saatlar, ona qədər qızıl, brilliant işləmələrlə xüsusi sifarişlə hazırlanmış qələmlər, üzərində 50, 100 və 1000 dollarlıq əskinaslar təsvir olunmuş son dərəcə bahalı suvinerlər və bir neçə qızıl külçələr tapılıb. Mənbə bildirib ki, həmin əşyalar aktlaşdırılaraq götürülüb.

Məlumatda daha sonra bildirilir ki, Vidadi Zeynalov hakimiyyətdə ən varlı şəxslərdən biri olub. Onun şəhərin müxtəlif yerlərində ondan artıq dəbdəbəli villası, ofis və ticarət mərkəzləri, otelləri restoranları, gözəllik salonları, ölkənin səfalı bölgələrində istirahət mərkəzləri var. Mənbə təkcə onun «varlılar məhəlləsi» adlandırılan Teymur Əliyev küçəsindəki möhtəməş sarayının on milyon dollardan artıq qiymətinin olduğunu qeyd edib. V.Zeynalovun əsas gəliri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sifarişi ilə həyata keçirilən infrastruktur layihələrindən çıxıb. Belə ki, ona məxsus çoxlu sayda firma bir qayda olaraq tenderlərdə dəyəri on milyonlarla ölçülən layihələri qazanıb.

Xatırladaq ki, V.Zeynalov vəzifəsindən azad edilən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova görə işdən çıxarıldığı bildirilir. Onun qardaşı Vahid Zeynlov Milli Təhlükəsizlik Nazirliyinin tədris mərkəzinin rəisi olub. Son hadisələrdə V.Zeynov vəzifəsindən azad edilib.
Vidadi Zeynalov isə Baş Prokurorluqda aparılan işin qətiyyən ona dəxli olmadığını, Eldar Mahmudovu şəxsən tanımadığını, onunla əlaqəsi olmadığını deyib.

Bu haqda Vidadi Zeynalovun hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov bildirib.

Vəkil qeyd edib ki, sabiq aparat rəhbəri mətbuatda Eldar Mahmudovla əlaqəli olması səbəbindən həbs edilməsi iddiası ilə razılaşmır: “O, korrupsiya ilə əlaqədar istintaqa cəlb edilib. MTN-nin vəzifəli şəxsləri barədə qaldırılan cinayət işi isə Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində aparılır. Yəni istintaqlar tamam fərqli yerlədə getdiyindən bir-biri ilə əlaqələndirilməsi doğru deyil.
Hüquqlarını müdafiə etdiyim şəxs adının MTN-nin yüksək vəzifəliləri ilə birgə hallanmasını heç cür qəbul etmir”.

Vəkil “Vidadi Zeynalov adının korrupsiya məsələsində hallanmasını qəbul edib özünü təqsirli sayırmı” sualına cavabında bu barədə fikir bildirmədiyini deyib.

Xatırladaq ki, Vidadi Zeynalov barəsində oktyabrın 29-da Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Keçmiş apparat rəhbəri Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar