Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vidadi Zeynalov və “komandası”nın azadlığa çıxması mümkündür?


Vəkil Xəyal Bəşirov: “Yayılan məlumatların əsassız və absurd olduğunu düşünürəm”


“Qanunvericilik baxımından ağır cinayətlərdə ittiham olunan şəxslərin dəyən ziyanı ödəmək şərti ilə azadlığa buraxılması mümkün deyil”.

Bu sözləri vəkillər kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov milyonlarla dövlət vəsaitini mənimsəyən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbs olunan vəzifəli şəxslərinin həbsdən azad olunacaqları məlumatına münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Uzun zamandır  cəmiyyət içində belə bir söz-söhbət dolaşmaqdadır ki, dövlətə dəyən ziyanı ödəmək şərti ilə milyonlarla dövlət vəsaitini mənimsəyən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbs olunan vəzifəli şəxsləri həbsdən azad olunacaqlar. Bu gün isə yayılan məlumatda bildirilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi sabiq vəzifəli şəxslərə qarşı iddiadan imtina edib. Qanunvericiliyə görə ağır cinayətlərdə ittiham olunan bu şəxslərin dəyən ziyanı ödəmək şərti ilə həbsdən azad olunmaları mümkündürmü?  

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı vəkil Xəyal Bəşirovun fikirlərini öyrənib.



Xəyal Bəşirov: “Vurulan  ziyanı ödəmək məhkəmə tərəfindən təyin olunan cəzalarda yüngülləşdirici hal kimi nəzərə alına bilər”.


Milyonlarla dövlət vəsaitini mənimsəyən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbs olunan vəzifəli şəxslərinin həbsdən azad olunacaqlarının gözlənilənolmadığını bildirən vəkil Xəyal Bəşirova görə, onların vurduqlari ziyanı ödəmələri yanlız yüngülləşdirici hal kimi qiymətlənirilə bilər:

“Əslində yayılan məlumatın nə dərəcədə səhih olub-olmadığını deyə bilmərəm. Mənə elə gəlir ki, bu məlumatlar ancaq söz-söhbətdən ibarətdir. Lakin qanunvericilik baxımından ağır cinayətlərdə ittiham olunan şəxslərin dəyən ziyanı ödəmək şərti ilə azadlığa buraxılması mümkün deyil. Çünki onların vurduğu ziyanı ödəmələri cinayət məsuliyyətindən azad etmək üçün əsaslı səbəb sayılmır. 

Sadəcə olaraq, vurulan  ziyanı ödəmək məhkəmə tərəfindən təyin olunan cəzalarda yüngülləşdirici hal kimi nəzərə alına bilər. Buna görə də yayılan məlumatların əsassız və absurd olduğunu düşünürəm”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar