Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vidadi Zeynalov 43 milyonluq əmlaklarının üzərindənhəbsin götürülməsini istəyib


Vəkillər məhkəməyə digər şahidlərin gətirilməməsindən narazılıq ediblər


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rauf Babayev ifadə verib.

O, "Kompas" şirkətində çalışdığını, pul köçürmə işlərini həyata keçirdiyini və təqsirləndirilən şəxslərin heç biri ilə əlaqəsinin olmadığını söyləyib.

Daha sonra vəkillər məhkəməyə digər şahidlərin gətirilməməsindən narazılıq ediblər.

Təqsirləndirilən M.Məmmədovun vəkili Şahin Rəfiyev "bir şahidə görə bu qədər məhkəməni niyə qurursunuz?" sualını ünvanlayıb. Hakim Ə.Hacıyev isə ona “istəmirsənsə, məhkəməyə gəlmə" cavabını verib.

M.Məmmədov da vəkilinə etiraz edərək ona xəbərdarlıq edib: "Bir az yavaş. Niyə qışqırırsan axı".

Məhkəmə prosesinin davamında hakim V.Zeynalova ifadə vermək təklif edib. Daha sonra Ə.Hacıyev bildirib ki, o, ifadə verməyəcəyi təqdirdə sənədlərin tədqiqi mərhələsinin başlayacağını elan edəcək. 

V.Zeynalovun vəkili isə əlavə şahidlərin dindirilməsindən sonra müvəkkilinin ifadə verə biləcəyini qeyd edib.

V.Zeynalovun digər vəkili Elxan Süleymanov isə vəsatətlə çıxış edib. 

O, istintaq zamanı Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin və digər aidiyyəti qurumların ekspertləri tərəfindən aparılan yoxlamalardan sonra hazırlanan aktlarda ziddiyyətlər olduğunu söyləyib. Vəkil bunların qərəzli şəkildə hazırlandığını deyib. 

V.Zeynalovun digər vəkili Bəylər Məmişov da vəsatət qaldırıb. O, ötən proseslərdə də olduğu kimi bu dəfə də Vidadi Zeynalovun əmlakına həbs qoyulması məsələsinə toxunub. Vəkil ittihamda yazılan dəymiş zərərlə razı olmadıqlarını söyləyib: “Həmin ziyanın dövlətə ödənilməsi üçün Vidadi Zeynalovun üzərinə həbs qoyulmuş bəzi əmlaklarının üzərindən həbsin götürülməsini istəyirik. İki əmlakın adını və ünvanını da məhkəməyə təqdim edirəm".

Onu da əlavə edək ki, V.Zeynalovun 67 əmlakının üzərinə həbs qoyulub. Onların ümumi dəyəri isə 43 milon manatdan çoxdur. 

B.Hüseynovun vəkili də vəsatətlə çıxış edib və müvəkkilinin əmlaklarının üzərindən həbsin götürülməsini istəyib.

Hakim bildirib ki, vəsatətlərin hər birinə sənədlərin tədqiqi mərhələsində müzakirə edildikdən sonra münasibət bildiriləcək.

Məhkəmənin növbəti prosesi fevralın 29-na təyin edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Ən çox oxunanalar