Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəzifəli şəxslərlə bağlı maddələr sərtləşdirilir


Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib


İclasda Ciayət Məcəlləsinə dəyişikliklər müzakirə olunub. 

Əsas müzakirə mövzusu vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özünkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verənlər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüqqundan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması olub.

Belə ki, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, yəni torpaq sahəsinin hasarlanması, becərilməsi, üzərində tikinti və ya quraşdırma işlərinin aparılması, yaxud həmin torpaqdan istifadə edilməsinə başqa üsullarla maneə olmaya görə cəzalar sərtləşdirilir. 

Məcəlləyə edilən dəyişikliyə görə, yuxarıda qeyd olunan hallar baş verdikdə şəxslərin 1500 manatdan 3 min manata qədər cərimə və ya 240 saatdan 400 saata qədər ictimai işlər və ya 1 ilədək müddətə işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.

Eyni zamanda bu əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə qanun pozucularının 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.

Dəyişikliyə əsasən qeyd olunan əməllər təkrar və ya şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə qanunu pozanların 5 min manatdan 7 min manatadək cərimə və ya 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.
Bundan başqa məcəllənin 314-1-ci maddəsi aşağıdakı redaksiyada verilir.

314-1-1. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul etmə - 3 ildək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüqqundan məhrum edilməklə, 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-1-2. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özünkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqqında qərar qəbul etmə - 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüqqundan məhrum etməklə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan başqa Məcəlləyə 314-2.1-1-ci maddə əlavə edilib.

Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud həmin torpaq sahələrində tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə - 1 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüqqundan məhrum edilməklə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, Cinayət Məcəlləsinə təkli edilən bu dəyişiklikər Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar