Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətənə xəyanət edənlər də əfv ərizəsi yazıblar


“Bu ilin fevralından Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları başladı və bu həftənin sonunda iclaslara yekun vuruldu. Bu çoxsaylı iclaslar zamanı 1000-dən artıq müraciətə baxıldı. Hər bir müraciətlə bağlı rəy qəbul edildi. Bu rəylər tövsiyə xarakterlidir. Rəylər texniki baxımdan hazırlanaraq cənab prezidentə təqdim olunacaq. Əfv hüququ cənab prezidentin müstəsna səlahiyyətinə daxildir. Ölkə başçısı kimlərin əfv olunacağı ilə bağlı qərar verəcək”


Bunu Moderna.az-a açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Komissiya üzvünun fikrincə, əfv sərəncamı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tarixi ərəfəsində – 28 mayda imzalana bilər.

“Lakin sərəncamın dəqiq hansı tarixdə imzalanacağı, bu sərəncamın nə qədər məhkuma şamil edilməsi prezident İlham Əliyevin müstəsna səlahiyyətlərinə aid olduğu üçün qəti bir fikir söyləmək çətindir”.

Əliməmməd Nuriyev müraciətlərin kimlər tərəfindən edildiyini və hansı təfsilatda olduğunu açıqlamağı doğru saymayıb:

“Bu fərdi məlumatlardır və qanunla qorunur. Əfv Məsələləri Komissiyasının üzvləri kimlərin müraciət etməsi barədə məlumat verməkdə haqlı deyil. Bu, qanunvericilik qaydalarına, etik davranış qaydalarına ziddir.

Amma onu deyə bilərəm ki, Cinayət Məcəlləsində nəzərdə tutulan əksər maddələrlə bağlı məhkum olunmuş şəxslərdən komissiyaya müraciət daxil olub. Sağlamlıq, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət, nəqliyyat sahəsində olan cinayətlər, narkotik vasitələrin qanunsuz dövriyyəsi, vətənə xəyanətlə bağlı və digər kateqoriya üzrə məhkum olunmuş şəxslərdən müraciətlər daxil olub. Amma konkret olaraq kimlərin müraciət etməsi barədə həmin şəxslərin özləri məlumat verə bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar