Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətəndaşlar xidmət haqqını onlayn olaraq öyrənə və ödəyə bilərlər

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri xidmət haqqından daxil olan vəsait hesabına özünümaliyyələşdirmə qaydasında fəaliyyət göstərir


Xidmət haqqının tutulduğu hallar və onun tarifləri isə Tarif Şurasının 31 iyul 2009-cu il tarixli qərarı ilə müəyyən edilib.

Komitədən verilən məlumata görə, daşınmaz əmlakın qeydiyyat ilə bağlı göstərilən xidmətlərin tarif cədvəlini Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalının (www.e-emdk.gov.az) “Xidmət haqqları” bölməsindən, eləcədə Tarif Şurasının saytından (tariffcouncil.gov.az) əldə etmək olar. Vətəndaşlar müraciətləri üzrə xidmət haqqı barədə məlumatları “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi” elektron xidmətindən də öyrənə bilərlər.

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlar üçün daşınmaz əmlakın qeydiyyatı sahəsində xidmət haqqlarının ödənilməsində tam şəffaflığı, həmçinin elektron xidmətlərdən daha geniş istifadəni təmin etmək məqsədi ilə “Xidmət haqqının ödənilməsi” elektron xidmətini təqdim edir.

Təqdim olunan xidmətin bir sıra üstünlükləri var. Belə ki, vətəndaş heç bir sənəd təqdim etmədən yalnız “sənəd nömrəsini” istifadə edərək xidmət haqqı barədə məlumat ala bilər. Sənəd nömrəsi vətəndaşa onun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə müraciəti zamanı təqdim edilir.

Bu elektron xidmətdən istifadə etmək üçün vətəndaş Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalından (www.e-emdk.gov.az) 5-ci elektron xidməti və ya Elektron Hökumət portalında (www.e-gov.az) komitənin təqdim etdiyi “Xidmət haqqının ödənilməsi” elektron xidmətini seçməlidir.

Bundan sonra vətəndaş təqdim olunan giriş vasitələrindən birini istifadə edərək elektron xidmətə daxil olur. Açılan pəncərədə müraciət forması təqdim olunur. Bu pəncərədə sənədin nömrəsini qeyd edib “Gətir” düyməsinə basılmalıdır. Belə olan halda məbləğ avtomatik olaraq qeyd olunacaq. Daha sonra “Ödə” düyməsini basaraq növbəti səhifəyə keçid təmin ediləcəkdir. Növbəti səhifədə ödəniş ediləcək elektron kartın məlumatlarını daxil etməklə proses tamamlanır.

Uğurla tamamlanmış müraciətin sonunda vətəndaşa “Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi” təqdim edilir.

Həmçinin vətəndaşlar xidmətdən istifadə edərək hər hansı bir çətinliklə qarşılaşdığı zaman pəncərədə əks olunan “İsifadə təlimatı”ını açaraq xidmətin prosedur qaydalarını öyrənə bilərlər.

Adı çəkilən elektron xidmətdən ümumi olaraq 45 mindən çox istifadə edilib, ay ərzində isə bu göstərici 2 mini keçir.

Pəncərədə “xidmətin reqlamenti” vətəndaşlara təqdim olunub. Burada xidmət barədə ətraflı məlumat verilir. Vətəndaşa onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilmək hüququ izah edilib. Yaradılan bu şəffaf şərait vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsini təmin edir.

Vətəndaşlar xidmətin istifadəsi ilə bağlı yaranan suallarını komitənin rəsmi sosial şəbəkələrdəki hesablarına, “Onlayn Məsləhət” pəncərələrinə (emdk.gov.az, privatization.az ), eləcə də 193 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar