Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətəndaşı aldadıb pullarını mənimsəyən şəxs yaxalandı


Bakıda özəlləşdirilmiş, “kupçalı” torpaq sahələri satmaq adı altında onlarla vətəndaşı aldadıb pullarını mənimsəyən, özünü olduqca yüksək mənsəbli şəxslərin adamı kimi qələmə verən Vəsait (yaxud sənədlərə əsasən Vəsahid) Məlikov nəhayət yaxalanıb


Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlum olub. Məlumata əsasən məhkəmə Vəsait Məlikovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bakı şəhər Prokurorlugunun İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.1 maddələri ilə istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Məlikov Vəsahid Vəlican oglu barəsində , dünən 13 oktyabr 2017-ci il tarixdə Səbail rayon məhkəməsi tərəfindən 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib”-məlumatda bildirilir.

Xatırladaq ki, Vəsait Məlikovun əməlləri barədə redaksiyamıza müraciət edən vətəndaşların danışdıqlarına və təqdim etdikləri sənədlərə əsasən virtualaz.org ötən buraxılışlarında yazıb. Bu şəxsin fəaliyyət arealı əsasən Bakının Xəzər rayonunun ərazisi olub.



V.Məlikov Abşeron Rayon İcra Hakimiyyətindən əkinə yararlı torpaqları guya kənd təsərrüfatı təyinatı adı altında uzunmüddətli icarəyə götürüb. Sonra həmin torpaqları bölərək “özəlləşdirilmiş torpaq mülkiyyəti” adı altında ayrı-ayrı vətəndaşlara satıb. Həmin şəxslərdən pulu alıb və torpağın “kupçasını” daha sonra düzəldəcəyini vəd verib. Lakin bir müddət keçəndən sonra torpaq satdığı şəxslərə Abşeron rayon İcra Hakimiyyəti ilə bağlanmış icarə müqavilələrinin surətini və həmin torpaq sahəsinə dair notarius müqaviləsini verib.

Aldadılan şəxslər V.Məlikovdan ya “kupça”nı, ya pulu geri tələb edəndə isə o, müxtəlif bəhanələrlə yayınıb, daha sonra “əhatə dairəsindən” çıxıb. Nəticədə Vəsaitin əməllərindən zərər çəkənlərin bir qrupu, o cümlədən Bakı sakini Firuz Hümbətov, Mərdəkan sakini Aleksandr Litvinov, Kənan Məşədiyev və digərləri onun barəsində hüquq-mühafizə orqanlarına şikayət ediblər. Bu şikayətlər əsasında cinayət işi qaldırılıb. V.Məlikovun eyni sxemlə bəzi iri tikinti şirkətlərini də aldatmağa nail olduğu üzə çıxmışdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar