Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən Müharibəsi veteranları ilə görüş keçirilib - Qaradağda


Lökbatan qəsəbəsində Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə tədbir keçirilib


04 may 2018-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Şəhidlər” Abidə Kompleksinin önündə Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə tədbir keçirilib. 

PİA.AZ xəbər verir ki, tədbirdə  Qaradağ  Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Şura üzvləri, müharibə veteranları, hərbiçilər, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediriblər.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə  Böyük Vətən Müharibəsində həlak olanların xatirəsi bir dəqiqiqəlik sükutla yad edilib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, veteranlar və Şura üzvləri hərbi vətənpərvərlik mövzusunda olan musiqi sədaları altında abidə önünə əklil və gül dəstələri qoyublar.
Sonra rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri abidə önünə gül dəstələri qoymaqla öz ehtiramlarını bildiriblər.

Daha sonra Böyük Vətən Müharibəsi veteranları və veteranlarla bərabər tutulan arxa cəbhə iştirakçıları ilə görüş keçirildi, onların istək və arzuları dinlənilib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tədbirin Ulu Öndərin 95 illik yubileyi ərəfəsində olduğunu xatırladaraq, Heydər Əliyevin veteranlara həmişə böyük diqqət və qayğı ilə yanaşdığını və hal-hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 2 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı və 38 nəfər veteranlarla bərabər tutulan arxa cəbhə iştirakçısına maddi yardım göstərilib. 

Tədbirdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışaraq, respublikamızda, o cümlədən Qaradağ rayonunda gedən tikinti, yenidənqurma və abadlıq işlərini yüksək qiymətləndirərək,  göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar